Üçüncü Qarabağ müharibəsi? – Ekspert ötən gün Hadrut istiqamətində baş verənləri dəyərləndirdi
Ötən gün Xocavənd rayonu istiqamətində erməni təxribatının törədilməsi ilə bağlı xəbər ilk olaraq sosial şəbəkələrdə yayıldı.
Müdafiə Nazirliyi tərəfindən baş verən hadisələrlə bağlı rəsmi xəbərin bir qədər gec verilməsi isə narazılığa səbəb olub. Eyni zamanda bir qrup şəxs ermənilər tərəfindən törədilən bu təxribatı yeni münaqişənin başlanğıcı kimi də qiymətləndirdi.
Maraqlıdır, nazirlik tərəfindən məlumatın gec verilməsi nə ilə əlaqədardır? Ermənilərin növbəti hücumunu yeni münaqişənin başlanğıcı kimi dəyərləndirmək doğrudurmu?
Sfera.az-a açıqlamasında bu sualları cavablandıran hərbi ekspert İbrahim Rüstəmli hərbi sahədə bəzi məlumatların ümumiyyətlə yayımlanmalı olmadığını və operativliyin dəqiqliyin önünə keçməməli olduğunu bildirib:
"Hərbdə bəzi informasiyaların yayılması ümumiyyətlə məqsədəuyğun sayılmır. Yəni, insanlar elə düşünməməlidirlər ki, onlara cəbhədə baş verən hər şey haqqında məlumat verilməlidir. Söhbət hərbidən, Silahlı Qüvvələrdən gedəndə bir qədər məhdudiyyət tətbiq oluna bilər.
Bu şou sahəsi deyil ki, hər hadisə yayımlansın. Eyni zamanda bu informasiyaları yayan instansiyaların hər hansı məlumatı məxfi saxlamaq hüququ da var. Düzdür, ötən gün Hadrutda baş verən hadisələrlə bağlı rəsmi məlumat daha tez verilə bilərdi. Çünki rəsmi məlumat ümumi hadisələrin bu və ya digər şəkildə deformasiyaya uğramasının qarşısını alır.
Ümumilikdə götürdükdə isə informasiya siyasətinin arxasında operativliklə bərabər dəqiqlik də dayanır. Bu baxımdan operativliyi dəqiqliyə qurban vermək olmaz. Həmçinin nazirlik baş verən hadisələri sosial şəbəkələrdə yayıla biləcəyi ehtimalını önləməlidir. Bununla da yayıla biləcək şayiənin, dezinformasiyanın qarşısı alınır. Lakin təkrar olaraq deyim ki, bəzi informasiyaların cəmiyyətə ötürülməməsi kimi qaydalar da mövcuddur".
"Qarabağda yerləşən erməni lokal qruplaşmalar sahibsiz tör-töküntüdür"
Ekspert ermənilərin qəfil təxribatlar törətməsinin yeni münaqişə yaratmaq istəyi ilə bağlı olmadığını qeyd edib:
"Azərbaycan 44 gün ərzində Ermənistan ordusunun bütün infrastrukturunu sıradan çıxarıb. Yəni, indiki məqamda Ermənistan demək olar ki, hərbi infrastrukturkla bərabər iqtisadi-siyaasi infrastrukturunu da itirib. Bu gün Qarabağda yerləşən lokal qruplaşmalar həmin məhv olmuş infrastrukturun tör-töküntüləridir. Bu səbəbdən onların ani hücumu, təxribata yol verməsi gözləniləndir. Bu kimi təcrübələr İkinci Dünya müharibəsi dövründə də yaşanıb.
İndi sahibsiz qalan həmin ermənilərin döyüşmək arzusu yoxdur. Əgər ermənilərin belə niyyəti olsaydı, silahlarını yerə qoyub könüllü təslim olmazdılar. Yəni, ötən gün Hadrut istiqamətində belə dəstələrin meydana çıxması ermənilərin Azərbaycana yeni savaş açması anlamına gəlmir".
Tarix: 28-12-2020, 17:07
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...