“Rusiya qarşısında şərt qoyulmalıdır: Azərbaycan şəhid verdikcə, sənin "sülhməramlılar"ının sayı azalmalıdır: 1 şəhidimizə görə 200 nəfəri, 2 şəhidimizə görə 500 nəfəri, 3 şəhidimizə görə 1000 nəfəri geriyə Sibirə göndərəcəksən. Onda Moskva Ermənistanı 1 saniyə içində ağıllandırarlar”.
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, bu tipli şərt qoyulmasa, həm də "DQR"in rəngli əskisi Rusiya Müdafiə nazirliyinin internet səhifəsində sallandıqca düşmən azərbaycanlılara atəş də atacaq, Azərbaycan şəhid də edəcək.
Tarix: 28-12-2020, 10:20