“Məmuriyyətdən qazamata: Kimlər, necə?”

“Gülləsini boşuna sıxan” zehniyyət

Azərbaycanın dövlət strukturlarında yüksək vəzifəli şəxslərin fəaliyyəti zaman-zaman sistemin səmərəli idarəçilik prinsiplərinə zidd nümunələr ortaya qoyub. Əli İnsanov, Səlim Müslümovun, Akif Muradverdiyev və Ramiz Mehdiyevin “fəaliyyəti”, habelə, Fikrət Sadıqov və Fərhad Əliyevin törətdikləri əməllər, MTN dəstəsi ilə bağlı hadisələr göstərir ki, fərdi və struktural fəaliyyətlər bəzən sistemin şəffaflıq, məsuliyyət və effektivlik prinsipləri ilə uyğun gəlməyib.

Bu nümunələr göstərir ki, idarəetmə və koordinasiya mexanizmlərindəki boşluqlar, şəxsi maraqların və qeyri-məqsədyönlü qərarların sistemin ruhuna zidd hallara yol açıb. Belə yanaşmalar dövlət strukturunda səmərəli və ardıcıl qərarvermə prosesinin formalaşmasını çətinləşdirir və idarəetmə praktikalarının təkmilləşdirilməsi ehtiyacını vurğulayır. Bəzi hallarda isə dövlət idarəetmə sisteminin mənafeyinə zərərə vurur. Ramiz Mehdiyevin həbsi də bu xüsusda təsadüfi deyil.

Cəmiyyət bəzən elə bir nöqtəyə çatır ki, artıq “güllə” də hədəfini tapmır.
Bu gün kresloda rahat oturan, illərlə xalqın səbrini sınağa çəkən, məsuliyyətsiz qərarları ilə dövlətin etimadını aşındıran şəxslər Onlar nə nəzarətdən qorxurlar, nə də cəmiyyətin səsini eşidirlər. Özlərini “toxunulmaz” sayan bu təbəqə illərdir ki, idarəetmənin içində kök salıblar. Xalqın səsi bəzən susmur, sadəcə eşidilmir.
Çünki onu eşitmək istəməyən qulaqlar çoxdan kreslonun yumşaqlığında kar olub. Onlar illərlə dövlətin resurslarını şəxsi rifahı üçün istifadə edirlər.
Əslində, bu zehniyyət dövlətin öz təməlini içəridən yeyir.
Və xalq artıq başa düşür: dəyişiklik silahla yox, sükunətlə yox, hesab sorma mədəniyyəti ilə gəlməlidir.

Xalq danışanda, güllə susur.
Və bəlkə də bu gün “boşuna sıxılan” güllə deyil, ədalət sözünü deyir.

Tribunainfo.az araşdırma aparıb və nəticədə məlum olub ki:


Əli İnsanov

Keçmiş səhiyyə naziri və siyasi fiqur olan Əli İnsanov korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə ittihamları ilə həbs olunub. Onun adı dövlət vəsaitlərinin mənimsənilməsi, tibb sektorunda sistemli rüşvət sxemləri ilə hallanırdı.

Fərhad Əliyev

Keçmiş iqtisadi inkişaf naziri kimi tanınan F. Əliyev uzun müddət korrupsiya qalmaqallarının mərkəzində olub. Dövlət tenderlərində şəffaflığın pozulması və vəzifə səlahiyyətlərindən şəxsi maraqlar üçün istifadə ittihamları ilə həbs olunub.

Akif Muradverdiyev

Keçmiş dövlət müşaviri və Prezident Administrasiyasının sabiq rəhbərlərindən biri olan Akif Muradverdiyev də korrupsiya və səlahiyyətlərdən sui-istifadə ittihamları ilə azadlıqdan məhrum edilib. Onun dövründə dövlət strukturlarında “xüsusi imtiyazlı çevrələr” formalaşmışdı.

Fikrət Sadıqov

O, dövlət strukturlarında rəhbər vəzifələrdə olmuş şəxsdir.

Ona da maliyyə əməliyyatları, dövlət vəsaitlərinin idarə olunması və tenderlərin paylanması ilə bağlı iddialar irəli sürülüb.

İllərlə hökm sürən qeyri-şəffaf idarəetmə və rüşvət şəbəkəsinin simalarından biri kimi tanınır. Onun rəhbərlik etdiyi dövrdə vətəndaşlar üçün prosedurlar faktiki olaraq “pul qarşılığında xidmət” səviyyəsinə enmişdi.

MTN dəstəsi

Milli Təhlükəsizlik Nazirliyində (MTN) ifşa olunan “dəstə” dövlət qurumu daxilində reketsayağı fəaliyyət göstərmiş, iş adamlarını təhdid və şantajla pullarını mənimsəmişdi. Onların ifşası Azərbaycan hüquq sistemində dönüş nöqtəsi sayılır.

Səlim Müslümov

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov sosial müdafiə fondlarından milyonlarla manatın mənimsənilməsi, saxta tenderlər və qeyri-qanuni təqaüd əməliyyatlarında ittiham edilib.

Ramiz Mehdiyev

Uzun illər dövlət aparatında əsas ideoloqlardan biri kimi fəaliyyət göstərən Ramiz Mehdiyev müxtəlif qalmaqallı açıqlamaları, daxili siyasi təzyiqləri və ailə üzvlərinin biznes maraqları ilə gündəmdə olub.

Elmar Məmmədyarov

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov pandemiya dövründə “evdən işləməsi” və diplomatik fəaliyyətdə passiv davranışı ilə sərt tənqidlərə məruz qalıb. O, 2020-ci ildə vəzifədən azad edilib. Onun dövründə bəzi diplomatik təyinatlar və beynəlxalq əlaqələrdəki boşluqlar, “formal fəaliyyət” kimi dəyərləndirilirdi. O, həbs olunmasa da etimadı heç edən şəxslərdən olub.

Uzun illər xalqın belində yük olanlar artıq tarixin zibil qutusuna atılır. Hər kim bu torpağın haqqını yeyibsə, indi vicdanının məhkəməsinə çağrılır. “Gülləsinə boşuna sıxan” zehniyyətin sonu görünür. Xalq susdu, dözdü, amma unutmadı. İndi hesab vaxtıdır.

Tarix: 15-10-2025, 13:10
Xəbəri paylaş



Xəbər lenti