Aydın Talıbovun ABŞ sevgisi...

Şəhid qardaşı və 2-ci qrup müharibə əlili, ehtiyatda olan mayor Mansur Məmmədov Veysəloğlu Şirkətlər Qrupunun direktoru Aydın Talıbovla bağlı ilginc məlumat paylaşıb.

AzToday.az xəbər verir ki, son zamanlar iş adamının xarici və yerli mediada reklam olunmasının arxasındakı gizli məqamlara diqqət çəkən Mansur Məmmədovun Aydın Talıbovla bağlı yazdıqlarını olduğu kimi təqdim edirik:

Xatırladım ki, Ali Baş Komandan İlham Əliyev cənablarının 08 oktyabr 2024-cü il tarixində “Rossiya-1” telekanalına müsahibəsində ABŞ-ın ardıcıl olaraq ölkəmizə qarşı həyata keçirdiyi sanksiyalar siyasətini tənqid etmişdir. Sonuc olaraq da, onları ən yüngül forma olan nankorluqda belə ittiham etmişdir. Hətta, ABŞ-ın Ermənistan ordusunu silahlandırmaya çalışması, təlimlər keçməsi və xüsusəndə bölgədə təhlükəli oyunlar planlaşdırması səbəbi ilə digər dövlət rəsmiləri tərəfindən də haqlı olaraq sərt tənqidlərə məruz qalması reallıqdır.

Bütün bu baş verənlərin fonunda isə Veysəloğlu Şirkətlər Qrupunun direktoru Aydın Talıbovun ABŞ-ın məşhur “Fortune” jurnalına özəl müsahibə verməsi və ya məqsədyönlü şəkildə siyasət dünyasının ön cəbhəsində yer alan liderlərlə üz-üzə söhbətlər aparan, iqtisadi-siyasi mənzərələr üzrə təhlillər aparan “REO Communication” adlı beynəlxalq media qurumu tərəfindən xüsusilə Aydın Talıbov barəsində eksklüziv müsahibə hazırlanması, misli görünməmiş yeraltı gücün dünyaya nümayiş olunması, sanki 1 (bir) nömrəli bəy tərifinin təşkil olunması və təcili olaraq da, həmin analoqu olmayan fotoşəkilli bəy tərifinin məhz 2024-cü ilin oktyabr ayında ABŞ-da və Azərbaycanda yayımlanmasının əsl məqsədi və məramı nə ola bilər ki❓️❗️
Ayıq başla düşünülməsi belə çətindir...


Tarix: Dünən, 08:55
Xəbəri paylaş



Xəbər lenti