Masallı təhsili “can verir”- ŞOK FAKTLAR

Bir müddətdir ki, ictimai fikirə təsir imkanı olan əksər media qurumlarında Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərindən bəhs olunan silsilə tənqidi məqalələr yayımlanır, geniş ictimaiyyət baş verənlər haqda məlumatlandırılır, hətta şöbə müdirinin yerində olmayan vəzifə sahibi olması hər kəsin diqqətinə də çatdırılır. Yəni, məlumatlarda bildirilir ki, bu şəxsin sahib olduğu ali təhsil haqda diplom saxtadır, bu şəxs savadsız kadrdır, bu şəxs Azərbaycan təhsilini məhv etməklə məşğuldur, bu şəxs “minbir oyun” qaydalarının oyunçusudur. Məsələnin təəssüf doğuran tərəfi odur ki, Tariyel Əkbərovun qol qoyduğu əməllər üzə çıxarılır, atdığı addımlar ifşa olunur, amma Təhsil Nazirliyinin rəsmləri hələ də susmaqda davam edirlər. Çox maraqlı və düşündürücü haldır! Axı, bu qədər də olmaz! Çünki, belə bir naşı kadrın təqribən 220 min sakini olan bir rayonun təhsil şöbəsinə rəhbərlik etməsi, əslində analoqu olmayan biabırçılıqdır. Məsələn, qeyd edəcəyimiz bir neçə faktın varlığına diqqət yetirək. Bu ilin may ayında Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə həyata keçirilən direktor dəyişikliyindən sonra, bu təhsil ocağında özbaşınalıqların artması heç də təsadüf hal olmadı. Çünki, bu məktəbdə direktor vəzifəsini müvəqqəti Vəli Ağayev adlı şəxs daşısa da, əslində o, heç bir səlahiyyət sahibi olmayan şəxs olaraq fəaliyyət göstərməkdədir. Buna səbəb, bu təhsil müəssisəsində direktorluğu Tariyel Əkbərovun özü idarə etməsidir. Söylənilənlərə görə, Masallı rayon Təhsil Şöbəsinin müdiri iş otağında oturub daşıdığı vəzifəsini yerinə yetirmək əvəzinə, bu gün də 1 saylı tam orta məktəbdə direktor vəzifəsini onun özü həyata keçirir, hətta bu təhsil ocağında xoşu gəlməyən bəzi müəllimləri yeri gəldi-gəlmədi təhqir edir, onların dərs saatlarını kəsir. Bundan əlavə, Tariyel Əkbərov Bakı şəhərində yaşayan bir neçə müəllimin adını R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə rəsmləşdirib, onların hər birinə ən azından 18 saat, on il məktəb üzü tanımayan müəllimə isə, 24 saat dərs saatı verib. Daha biabırçı halın varlığı ondan ibarətdir ki, bu şəxs orta təhsili olan, hətta əldə etdiyi diplomu tədris etdiyi ixtisasına uyğun gəlməyən və yuxarı siniflərə dərs keçən müəllimlərə 24-36 saat dərs saatı verib. Savadlı olması ilə çalışdığı məktəbdə və ətraf ərazilərdə ad-san çıxaran, eyni zamanda sahib olduğu ixtisası üzrə dərs keçən müəllimlər bu cür haqsızlıqları görüb narazılıq etdikdə, Tariyel Əkbərov onlara “Dərs saatlarınızı kəsərəm, yeri gələrsə sizi işdən də çıxardaram” deyə cavab verir.
Rayon sakinləri arasında bu şəxsin əxlaqsızlıq əməllərinə qol qoyması haqda da söz-söhbətlər dolaşır. Yəni, səndemə şöbə müdirinin tez-tez 1 saylı tam orta məktəbə getməsinin müəyyən “əmmalar”ı var və bu heç də təsadüfi deyil. Qeyd edək ki, lazımi səviyyədə savadı olmayan, heç bir imtahanda iştirak etməyən Tariyel Əkbərov, imtahandan keçib lazımi qədər bal toplayan müəllimlərin başlarına “minbir oyun” açmaqla məşğul olur. Belə bir halların varlığı, artıq əndazənin aşılması deməkdir. Yəqin ki, qol qoyduğu əməlləri ilə Azərbaycan təhsilinin “üzqarasına çevrilən” Tariyel Əkbərov yarıtmaz idarəçiliyi və belə bir idarəçiliyin varlığı səbəbindən əmələ gələn biabırçılıqlar, təhsil naziri cənab Emin Əmrullayevin diqqətini cəlb edəcək və bu şəxslə bağlı lazımi cəza tədbirləri də görüləcək. Çünki, belə bir şəxsin Masallı təhsilinə rəhbərlik etməsi, heç cür yolverilməz haldır, əslində biabırçılıqdır.
Araşdırmamız davam edəcək, bizi izləyin.
Xeberfakt.az
Tarix: 16-10-2021, 18:12
-
6-03-2023, 17:27
Qarabağın hesabına demokratiya? - BU, BİZƏ LAZIMDIRMI?
-
6-03-2023, 14:54
Gəncə "Kirovabad", Beyləqan "Jdanov" adlanan dövr... - Ekspert danışır
-
6-03-2023, 14:52
İran Rusiyadan "S-400" almağa ehtiyac olmadığını bildirir
-
20-02-2023, 12:07
Villa dövranı
-
20-02-2023, 12:05
Fövqəladə Hallar Nazirliyi tenderi də fövqəladə şəkildə keçirir - İLGİNC FAKTLAR
-
29-12-2022, 10:11
Ucar rayon xəstəxanasının baş həkiminin talançılıqla əldə etdiyi Varidat. VİDEO
-
29-12-2022, 09:58
Biznesmen məmur" BTK-da qanunsuz tikintiləri necə aparır? - İcarə haqları da vergidən yayındırılır... (FOTOFAKT)
-
25-12-2022, 22:31
Bayram bir ailəyə neçəyə başa gələcək? - ARAŞDIRMA
-
18-12-2022, 09:07
Gültəkin Hacıbəyli onu məhkəməyə verənin Türkiyədən gəlməsini tələb edir
-
18-12-2022, 08:45
“Tam boşluq, situasiya 1987-ci ildəkindən pisdir” - Piontkovski Rusiya HHM sistemi barədə
-
18-12-2022, 08:41
Meksikada polkovnik kartel tərəfindən qaçırıldı
-
18-12-2022, 08:38
Sensasiyalı iddia: Valeri Gerasimov Ukraynada öldürüləcəkmiş
-
18-12-2022, 08:35
Gəncədə ər arvadını BIÇAQLADI
-
28-05-2022, 10:58
Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi
-
18-12-2021, 08:02
Qanun Azərbaycanın bütün informasiya birlikləri üzərində nəzarətin gücləndirilməsinə yönəlib
-
17-12-2021, 11:30
Kamaləddin Qafarov: “Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir”
-
11-12-2021, 16:16
"Attestasiya başqa sənət və peşələrə tətbiq edilirsə, niyə jurnalistikaya da şamil edilməsin?!" - Elman Nəsirov
-
11-12-2021, 16:15
İmişli səhiyyəsində QOÇU PEYDA OLUB... - NARAZILIQ!
-
11-12-2021, 16:08
Səfər Mehdiyev deputatı “fırıldaqçı” adlandırdı
-
10-12-2021, 23:54
Bakıda məzar yeri də bahalaşıb? - Qəbiristanlıqlarda qanuni qiymət cəmi… - BAŞ MÜHƏNDİS
-
10-12-2021, 22:37
Ermənistan sərhəddəki itkilərini açıqladı
-
10-12-2021, 11:12
HƏMSƏDR ÖLKƏLƏRDƏN BAKIYA TƏZYİQ BƏYANATI... - Onlar indi nə istəyirlər?
-
9-12-2021, 23:47
Tahir Kərimlinin müavinindən Rasim Balayevə cavab: “Nə verib, ala bilmir?!”
-
9-12-2021, 23:43
Mağazaya getdiyinə görə xanımından inciyən, qızlarını ölümlə hədələyən, oxuyub-yaza bilməyən böyük aktyor...
-
9-12-2021, 22:25
“İcra başçısının müavini deyir ki, oğlunun ordenini gətir, adına küçə verib, yolunuzu asfaltlayaq...” - Şəhid ailəsi ETİRAZ EDİR
-
9-12-2021, 22:19
Qazaxın icra başçısı Qarabağ qazisini yardım adı ilə aldatdı FOTO
-
9-12-2021, 22:15
"Telegram"da müxtəlif şəxslərin görüntülərini yayaraq pul tələb edən adminlər saxlanıldı - VİDEO
-
9-12-2021, 20:36
Nəticəsiz görüş və müvəqqəti “atəşkəs” - Barmaqlar tətikdə
-
9-12-2021, 17:16
Azərbaycanda son sutkada 19 nəfər COVID-19-dan vəfat edib
-
9-12-2021, 16:39
Kəlbəcərdəki təxribatın ARXASINDA NƏ DAYANIR... - GƏLİŞMƏ
{sape_links}{sape_article}