AQTİ AQTA sədrinin rəhbərlik etdiyi şirkətdən tibbi cihaz alır


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Medeks” şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 

Məlumata görə, müqavilə çərçivəsində 2 ədəd “Aselsan” markalı AED (Avtomatlaşdırılmış Xarici Defibrilator) cihazı və onlar üçün 2 ədəd qutunun alınması nəzərdə tutulur. Satınalmanın ümumi məbləği 5 100 manat təşkil edir. 

Satınalma proseduru birmənbə metodu əsasında həyata keçirilib.

Dövlət reyestri məlumatlarına əsasən, Medeks 25 fevral 2008-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşir. Hazırda şirkətin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.

Bununla yanaşı, şirkətin rəsmi internet səhifəsində qeyd olunur ki, “Medeks” 2006-cı ildə təsis edilib.

Reyestr məlumatlarında diqqət çəkən məqamlardan biri isə şirkətin əvvəlki qanuni təmsilçisinin Qoşqar Təhməzli olmasıdır. Hazırda o, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədridir. Qoşqar Təhməzli bu vəzifəyə 2017-ci ildə təyin olunub.

Bizimesr.com

Tarix: Bu gün, 10:41
Xəbəri paylaş



Xəbər lenti