"İdrak Texnoloji Transfer" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) son bir ildə vergi borcu yarım milyon manatdan çox artıb.
Qaynarinfo-nun məlumatına görə, "İdrak Texnoloji Transfer"in hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.444.838,66 AZN vergi borcu var.
Ötən ilin mart ayında şirkətin vergi borcu 987 min 244 manat idi.
Qedək ki, ötən ilin sentyabr ayında MMC-nin qanuni təmsilçiliyi Hikmət Abdullayev Şövkət oğlundan Rüstəmov Ayaz Pənah oğluna keçib.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 46 ünvanında qeydiyyatda olan şirkət 8 aprel 2003-cü ildə yaradılıb. 40 manat nizamnamə kapitalına malik olsa da, hazırda passiv vergi ödəyicilər siyahısına daxil edilib.