NEFT KƏSKİN BAHALAŞIR, GƏLİRİMİZ ARTIR, AMMA...- Qlobal böhran gəlir?

Brent markalı neftin qiyməti 20 faizə yaxın artaraq bir bareli 110 dollardan baha satılır. Bu İran müharibəsi başladıqdan sonra neftin qiymətində 30 faizlik artımın olması deməkdir.
“AzPolitika” xəbər verir ki, neftin qiymətindəki artımlar birjalara da təsirsiz ötüşməyib. Qlobal resessiya riski Asiyada birjaların bu həftəni öz işinə ciddi enişlər ilə başlamasına səbəb olub. Bir çox iqtisadçılar münaqişənin davam etməsinin qlobal iqtisadi böhrana səbəb olacağını proqnazlaşdırır.
Düzdür, ABŞ Prezidenti neftin qiymətindəki artımların müvəqqəti olacağını bəyan edib. Onun fikrincə, müharibə başa çatdıqdan sonra yenidən qiymətlər azalaraq stabilləşəcək.
İqtisadçı deputat Vüqar Bayramov isə bildirir ki, bu bəyanatlara baxmayaraq, əksər investorlar qısa müddətli dövrdə neftin qiymətində kəskin azalmalar gözləmirlər. Belə ki, neftin qiymətinə sadəcə enerji məhsullarının 20 faizinin daşındığı Hörmüz boğazındakı çətinliklər deyil, eləcə də Yaxın Şərqdəki vəziyyət və xüsusən də hasilatın azalması təsir göstərir.
”Körfəz dövlətlərində hasilatda hiss edilən azalmalar qeydə alınmaqdadır. İraqda hasilat 60 faiz azalıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Küveyt də istehsalı aşağı salmağa məcbur olub. Digər tərəfdən, Körfəz dövlətlərində enerji infrastrukturuna dəyən ziyan hasilatın qısa zamanda bərpasına imkan yaratmır. ABŞ-nin bazara gündəlik 300–400 milyon barel əlavə neft çıxarmaq istəyinin də tarazlığı xüsusi dəyişəcəyi gözlənilmir”, -iqtisadçı bildirib.
Deputat hesab edir ki, müharibənin hansı müddəti və coğrafiyanı əhatə etməsi birjalara təsir edən əsas faktor olaraq qalmaqdadır. Bununla belə, savaşdan sonra müharibə zamanı dağıdılan infrastrukturun bəprası üçün tələb edilən zaman və maliyyə də diqqətdən yayınmamalıdır.
V.Bayramovun sözlərinə görə, neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da qlobal iqtisadiyyatda çağrışları gücləndirir: “Bu təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur. 2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 27,7 milyon ton neft hasil edilib. Həmin il xam neft hasilatı orta hesabla gündəlik 460 min barrel, kondensat hasilatı 111 min barrel təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 571 min barrel olub. Ötən il Azərbaycan 23,1 milyon ton neft ixrac edib. Neftin bir barelinin qiyməti 2026-cı ilin dövlət büdcəsində 65 dollar nəzərdə tutulub. Aydındır ki, söhbət illik orta qiymətdən gedir. Bununla yanaşı, neft bazarındakı volatillik göstərir ki, Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər. Bu dövlət gəlirlərimizin və eləcə də valyuta ehtiyatlarımızın daha çox artmasına səbəb olacaq”.
Millət vəkili vurğulayıb ki, qısa müddətli daxilolmalarda kəskin artımlar olsa da belə, regionda əməkdaşlıq və stabillikdə maraqlı olan və sülh gündəliyinə töhvə verən Azərbaycan neft bazarında dalğalanmalarda deyil, uzunmüddətli tarazlıqda maraqlıdır.
O, hesab edir ki, qlobal strateji bazarlarda uzunmüddətli tarazlıq isə siyasi deyil, iqtisadi faktorlar ilə müəyyənləşməlidir. Amma hələlik dünya bazarlarında siyasi faktorlar iqtisadi meyarları üstələyir.
Tarix: 10-03-2026, 10:31
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
-
8-06-2026, 10:39
Ukrayna müharibəni rusların evlərinə gətirib - CNN
-
8-06-2026, 09:11
AZAL-ın göylə “uçan” qiyməti,yerlə “sürünən” xidməti…
-
8-06-2026, 09:06
NÖVBƏTİ İXTİSAR DALĞASI ANONSU: Durun, cənablar... - NHMT sədri ÇAĞIRIŞ ETDİ