
Prime Cotton MMC-nin Tərtər filialının rəhbəri tərəfindən rayon rəhbərinə məlumat verilərək bildirilib ki, fermerlərlə müqavilə bağlanaraq 1089,5 hektar sahədə pambıq əkilib. Bu günə kimi sahələrdən 3152,14 ton xam pambıq yığılaraq təhvil verilib. Hazırda pambıq yığımı davam etdirilir. Fermerlərə 6 ədəd pambıqyığan maşın, 12 ədəd daşıyıcı traktor və 24 ədəd qoşqu vasitəsilə xidmət göstərilir.
“Azərpambıq” MMC-nin Tərtər pambıq məntəqəsinin rəhbəri tərəfindən rayon rəhbərinə məlumat verilərək bildirilib ki, fermerlərlə müqavilə bağlanaraq 1323,2 hektar sahədə pambıq əkilib. Bu günə kimi sahələrdən 2906,68 ton xam pambıq yığılaraq təhvil verilib. Hazırda pambıq yığımı davam etdirilir. Fermerlərə 8 ədəd pambıqyığan maşın, 20 ədəd daşıyıcı traktor və 40 ədəd qoşqu vasitəsilə xidmət göstərilir.
Qeyd edək ki, əlavə olaraq rayon ərazisində “Elakoton” MMC tərəfindən 384 hektar sahədə pambıq əkilib. Bu günə kimi sahələrdən 1940,64 ton xam pambıq yığılaraq təhvil verilib.
Ümumulikdə Tərtər rayonunun ərazisində 2796,7 hektar sahədə pambıq əkilib. Bu günə kimi sahələrdən 8000 ton xam pambıq yığılaraq təhvil verilib. Hazırda məhsuldarlıq 28 sentner təşkil edir. Bu il üçün 38 sentner məhsul gözlənilir.
Pambığın itkisiz yığılması, istehsalı və emalının yüksək səviyyədə həyata keçirilməsi üçün bütün lazimi tədbirlər həyata keçirilir.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirildiyini, xüsusilə Tərtər rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensial və ənənələr mövcud olduğunu bildirib. Müəssisələrin fəaliyyəti, gələcək planları ilə bağlı öz tapşırıq və tövsiyələrini verib.