Göygöl Rayon Mərkəzi Xəstəxanası zibil tullantılarına 175 min 164 azn Tender alıbdır.Məlumatı göndərən müəllif daha sonra yazır:
Bu tenderdən korrupsiya iyi gəlir. Axı bir rayon xəstəxanasında nə qədər zibil olmalıdır ki, ona il ərzində 175 min 164 azn xərcləyəsən?
Hesab edirik ki, Göygöl Mərkəzi Xəstəxanasına ayrılan 175 min 164 azn maliyyə pozuntusudur. Mümkün deyil ki, 17.09.2025 ci il tarixdən, 17.09.2026 ci il tarixə zibil tullantıları bu qədər külli miqdarda maliyyə tələb etsin.
Maliyyə Nazirliyi, Hesablama Palatası, Baş Prokurorluq işin araşdırılmasını, 175 min, 164 azn maliyyənin bir il ərzində xərclənməsinin hesabatını , audit yoxlaması aparmalıdır...
Mövzuya qayıdacayıq...
Qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq.
