“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi qısa mesaj (SMS) məlumatlandırma xidmətilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qərarda qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 246 030 AZN olub.