Kamal Abdullanın rəhbərlik etdiyi universitetin 340 minlik tenderinə “stop” qoyuldu

Azərbaycan Dillər Universitetinin (ADU) bir sıra avadanlıqların alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib.

 

Ləğv səbəbi isə məlum deyil.

 

Satınalmanın dəyəri 341 343 AZN olub.

 

Qeyd: ADU-nun rektoru Xalq yazıçısı Kamal Abdulladır.

Tarix: 15-07-2025, 09:09
Xəbəri paylaş



Xəbər lenti