Ağdam Rayon İcra Hakimiyyətinin 205 minlik tenderi ləğv edildi



Ağdam Rayon İcra Hakimiyyətinin Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Dəyəri 205 min manat olan satınalmanın ləğv edilməsinin səbəbi açıqlanmayıb.


Tarix: 10-06-2025, 13:01
Xəbəri paylaş



Xəbər lenti