Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

2025-ci il yanvar-mart aylarında Azərbaycana  2,14 ton lobya ( təzə və ya soyudulmuş) idxal olunub.

Valyuta.az xəbər verir ki, Azərbaycana qeyd olunmuş zaman ərzində 2,14 ton lobya idxal olunub. 

Məlumata görə, idxal prosesində iştirak edən ölkə Türkiyə olub.

Bu ölkənin Azərbaycana idxal etdiyi lobyanın ümumi dəyəri 1,5 min ABŞ dolları olaraq dəyərləndirilib. 

Beləliklə, Türkiyədən idxal olunan bir kiloqram lobyanın qiyməti 0,70 dollar və ya 1,19 manat təşkil edib. 

Tarix: 10-06-2025, 09:25
Xəbəri paylaş



Xəbər lenti