Fiziki şəxslər "Premium Bank"dan 10 milyon, şirkətlər isə 30 milyon manatı - GERİ GÖTÜRÜB

Fiziki şəxslər "Premium Bank"dan 10 milyon, şirkətlər isə 30 milyon manatı
Ötən ilin sonunda "Premium Bank"ın depozit portfelində də azalma müşahidə edilib.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Belə ki, depozit portfeli 2022-ci ilin sonu ilə müqayisədə 39 milyon 720 min manat (8,5%) azalaraq 426 milyon 770 min manata enib.

Depozit portelinin 330 milyon 857 min manatı fiziki, 95 milyon 913 min manatı hüquqi şəxslərin əmanətləri olub. 2023-cü ilin IV rübü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 9 milyon 806 min manat (2,9%), hüquqi şəxslərin əmanətləri isə 29 milyon 914 min manat (23,8%) azalıb.
Tarix: 14-01-2024, 12:50
Xəbəri paylaş



Xəbər lenti