Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 42 036 822 (qırx iki milyon otuz altı min səkkiz yüz iyirmi iki) manat olacaq.
Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu vəsaitdən 5 382 624 manat deputatların maaşı üçün ayrılıb.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Tarix: 3-12-2021, 16:34