Dizi bükülən AQRAR SEKTORUMUZ... - Sən nə etdin, İNAM KƏRİMOV?!
Biz ötən yazımızda əbəs yerə yazmadıq ki, təzə kənd təsərrüfatı naziri cənab İnam Kərimov Azərbaycanda 70 il ərizində yetişmiş KADR KORPUSUNU MƏHV ETDİ.
Bəli, 4-cü ildir ki, nazir vəzifəsində işləyən nazir İnam Kərimov aqrar sahədə uzun illər çalışan mütəxəssisləri vəzifəsindən uzaqlaşdıraraq özü ilə ASAN Xidmətdə çalışan dostlarını nazirliyə rəhbər vəzifələrə gətirdi.
Təsəvvür edirsiniz, coğrafiya, tarix müəlliminə kənd təsərrüfatı nazirliyində vəzifə vermək fəlakətdir.
Bu adam hətta regionşünas ixtisasını bitirən adamı Baytarlığa rəhbər təyin edib. Bu sözün tam mənasında fəlakətdir ee..
Regionşünas hara, baytarlıq hara?
Nazir İnam Kərimovun özü, ümumiyyətlə, hansı ixtisasın sahibidir, bacarığı nədir bilinmir.
Bu adam nə anlayır, aqrar sahə nədir ?
Bu adamın gənc qızlara, unutmayın ki, mən kənd təsərrüfatı naziriyəm ee, ona görə enerjiliyəm, mən enerjimi torpaqdan alıram ee…deməkdən başqa özgə bacarığı, qabiliyyəti yoxdur.
Kənd təsərrüfatı nazirliyi geniş bir sferadır, İnam hara, aqrar sfera hara ?
İndi isə İnam Kərimov kimi nazirlərin ölkənin kadr korpusunun başına açdığı fəlakəti SƏNƏDLƏ göstərəcəyik.
Deməli, redaksiyamıza daxil olan sənəddə MƏHZ KADR məsələsi göz önündədir.
Deməli, Dünya Bankı ilə Azərbaycan Respublikası arasında sazişlər imzalanmış və kənd təsərrüfatı məhsulları istehsalçılarına informasiya və məsləhət xidməti göstərilməsi üçün “İnformasiya və Məsləhət Xidməti” və onun Milli Şəbəkəsi yaradılmışdır.
Bəs, hanı, o Milli Şəbəkə, İnformasiya Xidməti, Məsləhət Xidməti ?
Hanı, bunlar, cənab İnam Kərimov?
İnam Kərimov, deyə bilərsən ki, məndən əvvəl, Heydər Əsədov, İsmət Abasov və s olub.
Düzdür, bu şəxslər sizin sələflərinizdir.
Amma dövlət işində məndən qabaq, məndən sonra yoxdur, İnam müəllim.
Niyə Azərbaycan dövlətinin Dünya Bankı ilə imzaladığı saziş yerinə yetirilməyib, Xidmət fəaliyyət göstərməyib?
Sənəddə xüsusi olaraq vurğulanır ki, Xidmətin əhatə etdiyi ərazilərdə kənd təsərrüfatında MƏHSULDARLIQ digər rayonlardan 20-30% yüksək olmuşdur.
Başa düşə bildinmi, cənab aqrar naziri?
İndi isə buyurun Dünya Bankı ilə Azərbaycan Respublikası arasında imzalanmış sənədlə bağlı MÜTƏXƏSSİS RƏYİ ilə tanış olun:
Yaradılmış İnformasiya və Məsləhət Xidmətinin Milli Şəbəkəsinin fəaliyyəti niyə bərpa edilmir?
Dünya Bankı ilə Azərbaycan Respublikası arasında 4 oktyabr 1999-cu ildə “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi” (KTİKL) üzrə 3236 AZ nömrəli və 5 oktyabr 2006-cı ildə “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi”(KTİKL-2) üzrə 4207 AZ, 4208 AZ nömrəli Sazişlər imzalanmış və bu layihələr çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına informasiya və məsləhət xidməti göstərilməsi üçün “İnformasiya və Məsləhət Xidməti” və onun Milli Şəbəkəsi yaradılmışdır.
Layihələrin icrası müddəti ərzində istehsalçılara informasiya və məsləhət xidmətləri Layihə İdarəetmə Qrupunun tərkibində fəaliyyət göstərən 10 nəfər işçi heyətdən ibarət (6 nəfər əsas, 4 nəfəri texniki) İnformasiya-Məsləhət Mərkəzi, 10 Regional Məsləhət Mərkəzləri (Naxçıvan, Gəncə, Masallı, Beyləqan, Şəki, Xaçmaz, Göyçay, Bərdə, Salyan, Şamaxı) və 201 kənd təlim mərkəzlərində çalışan xüsusi hazırlıq keçmiş özəl məsləhətçilər tərəfindən göstərilmişdir.
Milli Şəbəkənin yaradılmasına və fəaliyyətinə 15,4 milyon ABŞ dolları həcmində vəsait xərclənmişdir. Bu xidmətin davamlılığı və gələcəkdə inkişaf etdirilməsi Beynəlxalq Sazişlər imzalanarkən Azərbaycan Hökuməti ilə razılaşdırılaraq layihələrdə öz əksini tapmışdır. Hətta buna görə Ölkənin Büdcəsinin adaptasiyası məqsədi ilə bu fəaliyyətin maliyyələşdirilməsində KTİKL-2 icra müddətinin birinci yarısında Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) iştirak payı 70, Azərbaycan Respublikasının iştirak payı isə 30 faiz, ikinci yarısında əksinə BİA iştirak payı 30, Azərbaycan Respublikasının iştirak payı isə 70 faiz təşkil etmişdir.
Yaradılmış Milli Şəbəkənin davamlılığının təmin edilməsi və inkişaf etdirilməsi məqsədilə layihənin sonunda (31 may 2011-ci il) İnformasiya və Məsləhət Mərkəzinin (10 nəfərlik heyətlə) Kənd Təsərrüfatı Nazirliyinə inteqrasiya edilməsi, Regional Məsləhət Mərkəzlərinin isə özəl qurumlar kimi müqavilə əsasında fəaliyyət göstərmələri nəzərdə tutulmuşdur. Bununla əlaqədar vəsaitin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyi 30 iyun 2010-cu il tarixli, 01/18-08-230 nömrəli və 06 dekabr 2010-cu il 01/29-08-431 nömrəli məktublarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciətlər etmişdir.
İqtisadi İnkişaf Nazirliyi müvafiq məktublarla (03.09.2010-cu il tarixli 17/01-2/147-2/914 nömrəli və 09.02.2011-ci il tarixli 17/01-3/14-3/245 nömrəli)
informasiya və məsləhət xidmətinin davam etdirilməsini və bu xidmətin dövlət büdcəsindən qismən maliyyələşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.
Layihə başa çatdıqdan sonra xidmətin maliyyələşdirilməsində fasilənin yaranması uzun müddət ərzində yaradılmış potensialın itirilməsinə və sistemin tənəzzülünə səbəb olacağı barədə Maliyyə Nazirliyinə müraciət edilmiş və bu məqsədlə 2500 min manat (İnformasiya və Məsləhət Mərkəzinin saxlanılması və yeni texnologiyaların tətbiqi üçün 376 min manat və RMM-lər vasitəsilə xidmətlərin göstərilməsi üçün 2124 min manat) vəsait tələb olunduğu bildirilmişdir.
Lakin Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə 19 iyul 2010-cu il tarixli 09/02-1-99-756 nömrəli məktubda bu fəaliyyətin Dünya Bankı ilə razılaşdırılmış şərtlərdə “qismən özünümaliyyələşdirmə” ilə davam etdirilməsi ifadəsi dəyişdirilərək “özünümaliyyələşdirilmə” ilə davam etdiriləcək kimi təqdim edilmişdir.
Beləliklə rəsmi statistikaya görə 1983-cü ildə Azərbaycanda kənd təsərrüfatı sahəsində işləmiş olan 48 600 ali təhsilli mütəxəssisin az bir qisminin öz peşəkar fəaliyyətinə cəlb edilməsi üzrə işlərə xitam verilmiş və bununla da ölkənin ərzaq təminatinda yeni problemlərin yaranmasına zəmin yaradılmaqla bərabər gənclər arasında aqrar sahələr üzərə elmə həvəs də aşağı səviyyəyə enmişdir.
Qeyd etmək lazımdır ki, ABŞ, Almaniya, İtaliya, Belçika, Sloveniya, İsveçrə, Rusiya, Yunanıstan, Bolqarıstan, Lüksenburq və s. kimi ölkələrdə kənd təsərrüfatında informasiya və məsləhət xidmətləri uzun illərdən bəri tam şəkildə dövlət büdcəsindən, Polşa, Çexiya, Niderland, Türkiyə, İsrail, Avstraliya, Yeni Zenlandiya, Estoniyada isə bu xidmətin 2/3 hissəsi dövlət və qalan hissəsi isə fermerlər tərəfindən (ödənişli məsləhət xidməti üzrə) maliyyələşdirilir.
Yaradılmış İnformasiya və Məsləhət Xidmətinin Milli Şəbəkəsi iş adamlarına göstərilən informasiya və məsləhət xidmətlərinin genişləndirilməsi və bu sahədə görüləcək işlərə dövlət dəstəyinin göstərilməsi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məshulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na da daxil edilmişdi.
Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlarla qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatına, dövlət dəstəyinin gücləndirildiyi bir şəraitdə kənd təsərrüfatı məhsulları istehsalçılarının iqtisadi təşəbbüskarlığını və inkişafını sürətləndirən bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə qeyri-maddi intellektual köməkliklər göstərən bu xidmətin də dövlət dəstəyinə böyük ehtiyacı vardır.
Yaradılmış İnformasiya məsləhət xidməti ölkəmizə ən əsas nələri verirdi?
1. Xidmətin əhatə etdiyi ərazilərdə kənd təsərrüfatında məhsuldarlıq digər rayonlardan 20-30% yüksək olmuşdur. Bu olduqca böyük nailiyyət idi!!!!!!
2. Kənd təsərrüfatı üzrə mütəxəssislərin (aqronomların, zootexnik-baytarların, kənd mexanizatorlarının, KT üzrə iqtisadçıların və sair...) özəl olaraq fəaliyyəti təmin edilmişdi!!!!!
3. Kənd Təsərrüfatı Akademiyasında təhsil almaq stimulu!!!!
4. Ən müasir texnologiya və elmi hailiyyətlərin operativ olaraq ən kiçik təsərrüfatlarda belə əlçatanlığı və praktiki tətbiqi!!!!!!!!!!!!!!
5. Hal-hazırda heç bir kəndlinin öz sahəsindən topladığı məhsulların müqdarından xəbər əldə etmək imkansızlığı nəticəsində gözəyarı statistik məlumatlar yaymaq əvəzinə dəqiq statikstik məlumatlara malik olmaq!!!!!!!
6. Və sair......
İndi isə real olaraq özünü doğrultmuş bu milli şəbəkənin bərpası əvəzinə yeni vəsaitlər hesabına Elektron kənd təsərrüfati yaradılmasında məqsəd nədir? Hansı nailiyyətlərin əldə edilməsi sübuta yetirilib?
Davamı var. //gundelik-baku.com//
Tarix: 2-12-2021, 08:26
-
Bu gün, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Bu gün, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Bu gün, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Bu gün, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Bu gün, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Bu gün, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Bu gün, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Bu gün, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Bu gün, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Bu gün, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Bu gün, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Bu gün, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Bu gün, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
Dünən, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
Dünən, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
Dünən, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
Dünən, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
Dünən, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
Dünən, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
Dünən, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Dünən, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
17-04-2026, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
17-04-2026, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
17-04-2026, 15:44
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
-
17-04-2026, 11:34
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
-
17-04-2026, 11:24
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?