Neft ixrac edən ölkələr üçün “yaşıl pəncərə”: pandemiya bitdikdən sonra...
Aleksandr Razuvayev: “Azərbaycan iqtisadiyyatı neft və qaz qiymətlərindən daha az asılı olacaq”
Son vaxtlar neft və qazın qiymətində artım müşahidə olunur. Neftin qiymətləri uzun müddət ərzində ilk dəfə 85 dollarlıq həddi keçdi, qazın qiymətləri isə hər kubmetrə görə 1200-ə yüksəldi və bu da son hədd deyil. Maliyyə analitiki Aleksandr Razuvayev AYNA-ya müsahibəsində enerji qiymətlərinin artmasının səbəbləri və bunun dünya iqtisadiyyatına, enerji istehsal edən ölkələrə təsirlərindən danışıb.
- Hazırda enerji bazarında qiymət artımını görürük. Qaz və neftin qiyməti artır. Bunun səbəbi nədir?
- Adətən xammalın bahalaşmasında spekulyatorlar günahlandırılır, həqiqətən də hər hansı bir bazarda bu faktor mövcuddur. Bununla yanaşı, əsas səbəblər də var. Bunlardan əsas ikisi - FED-in və digər dünya mərkəzi banklarının siyasətidir: pul çap maşınının işləməsi avtomatik olaraq qiymət artımına səbəb olur, ilk növbədə xammal və ərzaqda özünü büruzə verir. Üstəlik iqlim daha kontinental hala gəlir - qış daha soyuq, yay isə daha isti olur və bu da elektrik istehlakının artmasına səbəb olur. Təbii ki, Avropa yaşıl enerjini həddindən çox qiymətləndirdi və nahaq yerə dinc atom sahəsini qismən tərk etdi. MDB-də əsas neft və qaz ixracatçıları uduşdadır - Azərbaycan, Rusiya, Qazaxıstan. Rusiyada “Qazprom” boru kəməri qazının ixracında inhisarçıdır. Səhmləri Moskva Birjasının adi ruslar arasında ən populyar kağızlardır və bu il qaz holdinqinin kotirovkalarının artımı təsiredicidir. Ümumiyyətlə, Rusiyadakı neft və qaz şirkətləri kapitallaşma baxımından liderdir, yəni əsas səhm indekslərinin dinamikasını müəyyənləşdirirlər.
- Paralel olaraq, dünyada dəyişikliklər və yeni iqtisadi oyun qaydalarının tətbiqini görürük. Bu dəyişikliklərə nələr səbəb oldu?
- İlk növbədə, əlbəttə ki, OPEC+ sazişi. COVID-19-la əlaqəli olaraq tələbatın düşməsi mərhələsi sonradan neft qiymətlərinin sabitləşməsinə kömək etdi. Hesab edirəm ki, bu situasiyanın qeyri-müəyyən vaxta qədər davam etməsi bütün neft ixracatçılarının maraqlarına uyğundur. Qaza gəlincə, proqnozların əksinə olaraq, Rusiya və Azərbaycan Avropa qaz bazarında rəqib olmadı, hamı üçün kifayət qədər yer var idi. Qlobal dünyanın əsas problemi Amerikanın borclarının artmasıdır. ABŞ-ın faiz dərəcəsini kəskin artırmasına mane olan borcun çox iri həcmidir. Bəlkə də gələcəkdə ABŞ, Kanada və Meksikanı birləşdirəcək yeni bir valyuta olacaq. Ancaq bu, əlbəttə ki, bu günün mövzusu deyil.
- Yeni iqtisadi vəziyyət dünya ölkələrinə necə təsir edəcək? Hansı geosiyasi proseslər baş verəcək?
- Hələlik xammal ixracatçılarının daha zəngin olacağı aydındır. Və enerji qiymətlərinin artması qlobal inflyasiyaya təkan verəcək. İnflyasiya ilə pul üsulları ilə mübarizə edilə bilməz. COVID-19 pandemiyası bitdikdən sonra ən çox fayda görəcək neft ixracatçılarıdır. Bununla birlikdə, karantinin iqtisadiyyatın inkişafını nə qədər geri salacağını dəqiq söyləmək mümkün deyil. Virus çox qeyri-standartdır və daim mutasiyaya uğrayır.
Sərmayələr üçün ən maraqlısı Rusiya və Türkiyənin birjalarıdır. Burada Rusiya və Türkiyə şirkətlərinin aşağı fundamental qiymətləndirməsinə güvənirəm. Pandemiyadan sonra yeni Asiya pələnginə çevrilmək şansı olan Özbəkistana da diqqət çəkəcək. Özbəklərin “kozırı” demoqrafiya və köklü bazar islahatlarıdır.
Əgər Azərbaycandan danışırıqsa, demək lazımdır ki, Azərbaycanın iqtisadi sıçrayışına, o cümlədən xarici mütəxəssislər və investisiyalar cəlb etməklə nail olunub. İndi bu təcrübədən Qarabağda istifadə olunacaq. Neft və qaz qiymətləri pandemiyaya baxmayaraq, rekordlar qırır. Bu, o deməkdir ki, Azərbaycanın makroiqtisadi sabitliyi və investisiya cəlbediciliyi ilə bağlı narahatlığa ehtiyac yoxdur. Rusiya, Qazaxıstan, digər Avrasiya İqtisadi İttifaqı ölkələrindən, eləcə də Türkiyə, Qərbi Avropa və Yaxın Şərqdən olan investorlar Qarabağa maraq göstərir. İsrailin də böyük rol oynayacağı ehtimal olunur.
- Xarici investorlar üçün Qarabağın hansı sektorları daha maraqlıdır?
- Bu, ilk növbədə hidro və günəş enerjisi istehsalı, turizm və sənayedir. Məhz sənayenin inkişafı sayəsində Azərbaycan qeyri-xammal ixracatının payını 50%-ə çatdırmağı planlaşdırır. Bu halda Azərbaycan iqtisadiyyatı son vaxtlar çox dəyişkən olan neft və qaz qiymətlərindən daha az asılı olacaq.
Tarix: 21-10-2021, 22:00
-
Bu gün, 09:21
Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində ŞOK...Regionaldan bitməyən şikayətlər...
-
Bu gün, 09:19
Ukrayna DTX onu vətənə xəyanət ittihamı ilə saxladı
-
Bu gün, 09:18
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM
-
Bu gün, 09:16
"Məlhəm"lə bağlı məhkəmə iddiası - Maddi ziyan tələb edilir
-
Dünən, 22:40
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
-
Dünən, 22:36
PAŞİNYANI DEVİRMƏK PLANI İŞƏ SALINIB - Erməni kilsəsi hakimiyyəti Paşinyanın öz üsulu ilə yıxmağa çalışır
-
Dünən, 22:29
6,5 MİLYON MANATLIQ NARKOTİK ƏLƏ KEÇİRİLİB - DİN apreldə 38 əməliyyat keçirib / Video, Foto
-
Dünən, 22:26
“Gömrükçü” külli miqdarda pulu mənimsədi — Həbs edildi
-
Dünən, 22:25
Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb
-
Dünən, 15:30
“Bakcell” qazinin nömrəsini ETİBARNAMƏSİZ danışdığına görə ləğv edib
-
4-05-2024, 23:08
TƏCİLİ! “Green card” müraciətlərinin nəticələri AÇIQLANDI
-
4-05-2024, 23:06
Jurnalistin ölkədən çıxışına qadağa qoyulub
-
3-05-2024, 23:14
İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO
-
3-05-2024, 11:23
Kürəyini hökmlüyə söykəyən kürəkən – O, sahibkarın biznesinə “qonub”
-
3-05-2024, 11:22
"Veysəloğlu" şirkəti "qoçu dəstəsi" maliyyələşdirir - qaziləri susdurmaq üçün... VIDEO
-
3-05-2024, 11:21
Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİAYBIRÇILIĞA NİYƏ SUSUR???
-
3-05-2024, 11:21
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?
-
3-05-2024, 11:19
Məmurun sanitar işləyən xanımı niyə işə gəlmir?-VİDEO
-
2-05-2024, 07:43
İranı etiraz aksiyaları bürüdü - FOTO
-
1-05-2024, 22:42
Monopolist deputatın şirkətlərinə stop qoyulub - SİYAHI
-
1-05-2024, 22:36
“Azərlotereya” öz gəlirlərini fikirləşir — Deputatdan SƏRT AÇIQLAMA
-
1-05-2024, 22:01
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
1-05-2024, 22:01
Xəzər sahilləri işğaldadır - Zirənin hasarlanmış dənizkənarı sahilləri.. VİDEO
-
29-04-2024, 22:23
Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?
-
29-04-2024, 10:48
Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar
-
26-04-2024, 22:29
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
26-04-2024, 21:48
Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı
-
26-04-2024, 21:40
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? – Foto
-
24-04-2024, 17:48
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
23-04-2024, 22:11
Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi