“Le Figaro”: Putin “qızıl yumurta gətirən qaz"ın ömrünü uzatmaq üçün vintili açacaq…

“Le Figaro”: Putin “qızıl yumurta gətirən qaz
 
Vladimir Putin bildirib ki, Rusiya güclü tələbat fonunda qazın qiymətinin qalxdığı Avropaya qaz tədarükünü artırmağı nəzərdəkeçirəcək. Bir tərəfdən bu yüksək qiymətlər Rusiya üçün faydalı olsa da, digər tərəfdən Avropanın bərpa olunan enerji mənbələrinə keçməsinə və uzun müddətdə Rusiya qazına olan tələbatın azalmasına səbəb ola bilər. Ancaq Putin buna yol vermək istəməz.
 
Moderator.az bildirir ki, bu barədə Fransanın “Le Figaro qəzeti yazır.
 
Bu, demək olar ki, sehrli bir qüvvədir. Bir vaxtlar prezident Donald Trampın yazdığı tvit neftin qiymətinin düşməsinə səbəb olmuşdu, indi isə Vladimir Putinin qaz tədarükünü artırmaq barədə düşünmək üçün verdiyi vədləri qazın qiymətlində görünməmiş artımı yumşalda bildi”, - deyə qəzet yazır.
 
Məqalə müəllifinin qeyd etdiyi kimi, sentyabr ayının əvvəlindən etibarən qazın qiyməti bazarda iki dəfədən çox artmışdır. Bunun səbəbi iqtisadi dirçəlməsi fonunda tələbatın çox kəskin şəkildə artması idi. Rusiya qiymətləri qaldırmaq üçün vintili qəsdən bağlı saxlamaqda günahlandırılır və bununla da özünün yeni Şimal axını-2 boru kəmərini reklam edir. O, artıq işə düşməyə hazırdır, yalnız Almaniya hökumət orqanlarından yaşıl işıq” gözləyirlər.
 
Moskva bununla heç bir əlaqəsi olmadığını və əksinə, avropalıların səhvini göstərməyə çalışırMoskvaya görə, səhv Avropanın sovet dövründən bəri davam edən uzunmüddətli qaz müqavilələrindən imtina etməsidir. Rusiya üçün bu cür müqavilələr neçə onilliklər boyunca sabit gəlir və deməli, investisiyalara zəmanət verirdi. Fransa da daxil olmaqla, müştəriləri üçün sabit qaz qiymətlərinə də zəmanət verilirdi.
 
Amma Avropa Komissiyası 2005-ci ildən etibarən bu bazarı elastikləşməyə güvənərək liberallaşdırmağa və bu cür uzunmüddətli müqavilələrdən uzaqlaşmağa çalışır. Avropa tədarükçülərini artırmağa çalışsa da, Qazprom nəticədə yalnız mövqeyini gücləndirdi: 2020-ci ildə Avropa ölkələrinin qaza olan tələbatının 37% -ni təmin etdi.
 
Ancaq uzunmüddətli müqavilələrə qayıtmaq asan qərar deyil. Bu gün müqavilələrin böyük əksəriyyəti spot qiymətlərə (yerindəcə ödəmə) görə indeksləşdirilir, buna görə də sabit qiymətə zəmanət vermirlər. Spot qiymətlər isə qısa müddətdə tələb və təklif nisbətindən birbaşa asılıdır, - deyə məqalə müəllifi xəbərdarlıq edir.
 
Beləliklə, Rusiya təklifi artırarsa, bu qazı spot qiymətlərlə satacaq. Digər tərəfdən, təklif artdıqdan sonra qiymətlər avtomatik olaraq azalmalıdır.
 
Məqalə müəllifi qeyd edir ki, başqa bir sual Qazpromun təklifi artırmaq imkanının olub-olmamasıyla bağlıdır. Avropanın digər tədarükçülərində qaz bolluğu yoxdur, lakin mütəxəssislər arasında Rusiya ilə bağlı fikir ayrılığı var. Bəziləri qarşıdan soyuq Rusiya qışı gəldiyini və Qazpromun ixracatı artıra bilməyəcəyini söyləyirlər. Digərləri hesab edirlər ki, Rusiyanın təxminən 37 milyard kubmetr qaz ehtiyatı var və bu da Avropanın illik istehlakının təxminən 8% -ni təşkil edir.
 
Ekspertləri maraqlandıran başqa bir sual Kremlin vintili açmaqda maraqlı olub-olmamasıdır. Qısa müddətdə yüksək qaz qiymətləri Qazproma qazancını artırmağa imkan verəcək və bu gəlirlər Rusiya iqtisadiyyatının təməlidir. Ancaq məqalə müəllifi bunun hər iki tərəfl kəsən qılınc olduğunu xəbərdar edir. Uzunmüddətli perspektivdə yüksək neft qiymətləri avropalıları tezliklə enerji islahatı həyata keçirməyə və bahalı qazdan daha qənaətcil sayılan yenidən bərpa olunan mənbələrdən daha çox elektrik almağa sövq edəcək.
 
Beləliklə, qızıl yumurta gətirən rus qazı”nın ömrü qısalacaq. 20 ildir ölkəsinin enerji siyasətini yaxından izləyən Vladimir Putin bunu hər kəsdən daha yaxşı bilir”, - deyə Le Figaro yazır.
Tarix: 10-10-2021, 22:37
Xəbəri paylaş



Xəbər lenti