“Qərarlar yorğan altında qəbul olunur"- Birlik sədri ictimai müzakirəyə dəvət olunmamasından narazıdır


“Qərarlar yorğan altında qəbul olunur"-
“Çox təəssüf edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin rəsmilərindən “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini istəmişəm, lakin mənə təqdim edilməyib.

Bunun artıq Milli Məclisə təqdim olunduğu əsas gətirilir. "Buna heç bir şərh verməyə ehtiyac yoxdur" və digər sözlər deyilir”.

Bunu Cebhe.info-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Azərbaycanda dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsini qadağan edilməsi məsələsənin əksini tapdığı “Qida təhlükəsizliyi haqqında”qanun layihəsindən danışarkən deyib:

“ “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin geniş müzakirəsi keçirilməli idi. Yalnız bircə dəfə parlamentdə toplantı olub və Azad İstehlakçılar Birliyi həmin müzakirədə iştirak etməyib. Hansısa səviyyədə guya “ictimai müzakirə” keçirilib və cəmiyyətin də bundan xəbəri yoxdur. 24 ildir ki, bu məsələlərlə məşğul olan istehlakçı təşkilat kimi biz orda iştirak etmək istəyirdik. Bundan sonra mən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin köməkçisi ilə əlaqə saxladım və xahiş etdim ki, bu qanunun müzakirəsinə Azad İstehlakçılar Birliyi də iştirak etsin”.

Eyyub Hüseynov deyir ki, nədənsə bir çox qanunlar, eləcə də istehlakçıların hüquqları haqqında qanun gizli saxlanılır:

“Qanunların yorğan altında qəbul olunması praktik olaraq həyata keçirilir. Azad İstehlakçılar Birliyi olaraq Milli Məclisin və qanun hazırlayan tərəflərin bu mövqeyi ilə razı deyilik. Çünki Azərbaycanda qanun hazırlayan tərəflər əsasən maraqlı tərəflər olur ”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qonşu ölkələrdə, xüsusən ölkə Rusiyada bütün qanunlar istehlakçı maraqları nöqteyi- nəzərdən xüsusi ekspertizalardan keçirilir: “Lakin doğma Azərbaycanımızda bu yoxdur. Çünki qanunlar istehlakçılar üçün deyil”.
Tarix: 6-10-2021, 22:43
Xəbəri paylaş



Xəbər lenti