Enerji böhranı: Bahalaşmanın qarşısını almağın yolu...


Avropa Birliyində enerji qiymətlərinin bahalaşması təbii qaza olan tələbatın artması ilə əlaqədardır.
Axar.az xəbər verir ki, bunu avropalı iqtisadçı-ekspert Tim Qor deyib.

Ekspert bildirib ki, təbii qaz idxalı asılılığından qurtulmalı və bunun əvəzinə bərpa olunan enerji mənbələrinə, eyni zamanda daha yaxşı enerji səmərəliyi olan layihələrə sərmayə qoymalıyıq.

T.Qorun sözlərinə görə, qiymət artımı “yaşıl enerji”yə keçid prosesini sürətləndirməlidir:

“Bu böhranın əsas səbəbi AB-nin iqlim siyasəti deyil. Ancaq bu böhrana cavab vermək və gələcəkdə qiymət artımının qarşısını almağın açarı iqlim siyasəti olacaq. Burada əsas məsələ AB-nin enerji sistemində bərpa olunan mənbələrin payının artırılmasıdır”.

Qeyd edək ki, Avropada qaz qiymətləri ötən həftə tarixdə ilk dəfə 1073 dollara qalxmışdı.




Tarix: 3-10-2021, 13:54
Xəbəri paylaş



Xəbər lenti