İnvestisiya Holdinqinə verilən dövlət qurumları və şirkətlər: “Özəlləşdirməyə çıxarılmalıdır”


İnvestisiya Holdinqinə verilən dövlət qurumları və şirkətlər: “Özəlləşdirməyə çıxarılmalıdır”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB), "Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") idarəetməsi İnvestisiya Holdinqinə verilib.
Bununla bağlı Prezidenti Prezident İlham Əliyev “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli və “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bununla da İnvestisiya Holdinqinin idarəetməsinə daxil olan dövlət şirkətlərinin sayı 17-yə çatıb.
Qeyd edək ki, İnvestisiya Holdiqinin tərkibə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti, "Təmiz şəhər ASC" Açıq Səhmdar Cəmiyyəti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti daxildir.
İnvestisiya Holdinqinin idarəetməsinə verilən dövlət qurumları və şirkətlərində müsbət mənada hansı dəyişikliklər baş verib və ya perspektivdə nələr gözlənilir?
İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, bəzi dünya ölkələrinin təcrübələrində bu cür addımlar müəyyən müddət üçün səmərə verir. Amma uzun müddət üçün səmərəlilik gözlənilən deyil:

“Məsələn, bir holdinqdə bu qədər dövlət şirkətlərinin, bankların birləşdirilməsi və onlara total nəzarətin həyata keçirilməsi səmərəliliyi müəyyən qədər artıra bilər. Bank, sığorta hesabatlılığına müəyyən keyfiyyət verər, amma məsələ ondadır ki, bu, uzun müddət üçün nəzərdə tutulmamalı, qısamüddətli olmalıdır. Növbəti mərhələdə İnvestisiya Holdinqinə daxil olan bütün şirkətlərin özəlləşdirilməsi həyata keçirilməlidir. Yalnız özəlləşmə getdikdən sonra həmin şirkətlərdə təbii keyfiyyət dəyişikliklərinin davamlı olmasını gözləyə bilərik. Amma hazırkı variantda müddət keçdikdə nəzarət yenə zəifləyəcək və keyfiyyətin azalması, hesabatsızlıq, intizamsızlıq yenidən baş verəcək”.
Tarix: 23-09-2021, 15:12
Xəbəri paylaş



Xəbər lenti