ENERJİ SİYASƏTİNİN SƏMƏRƏSİZLİYİ

İqtisadi Təhlil İnsitutunun sədri Məhəmməd Talıblı

(III Hissə)
Azərbaycan iqtidarı hər zaman uğurlu enerji siyasətindən danışır. Müstəqllliyimizin 30 illik tarixində bircə ədad neft istehsalı müəssisəsi qura bilməyən bir iqtidar benzini hələ də xaricdən idxal edirsə, bu olduqca pis nəticədir. Neft ölkəsi ondan neftdən alınan məhsulları idxal edirsə və özü də vətəndaşı bu təbii ehtiyatdan faydalan bilmirsə, buna görə dərindən narahat olmağa dəyər.
SOCAR yüksək oktanlı benzin istehsalı üçün Türkiyə də (“Petkim”, “Star” 10 milyard dollardan artıq sərmayə qoyub), Rumuniyada, Gürcüstanda müəssisələr qurub həmin ölkələrdə yanacaq istehsalını həyata keçirə bilir, amma Azərbaycana bunu edə bilmir?
Gəlin tez-tez verilən bu suallara aydınlıq gətirməyə çalışaq.
Neft emalı müəssisələrinin yaradılmasının özünün bahalı bir layihə olduğu hamıya aydındır. Nəinki orta və ya iri ölçülü, hətta kiçik ölçülü belə bir zavodu tikmək üçün minimum 5 milyard dollardan çox vəsait lazımdır. Bəzi hallarda isə bu məbləğ 6-8 milyard dollara qədər dəyişə bilir. Belə bir miqyaslı zavodun tikintisini həyata keçirən dövlət və ya şirkət onun istehsal və ixrac bazarlarını öncədən düşünməlidir. Tutaq ki, bu zavodu bundan sonra SOCAR tikməyə başlasa belə, onun üçün 5 ildən az olmayaraq zaman müddəti tələb olunur. Biz də bunu tikdik, 2028-ci ildə hazır oldu. Sonra həmin istehsal olunan məhsulları hara və kimə satacağıq? Bax, burası da düşündürücüdür. Çünki, bu müəssisələrin tikilməsində çox gecikmişik.
Dərd orasındadır ki, artıq dünyanın mütərəqqi hissəsi olan Avropa məkanında 2 ildən sonra “karbon” vergisi tətbiq olunacaq, benzinlə işləyən avtomobillərin sayında ciddi enişlər baş verəcək, hibrit avtomobillərin (günəşlə, elektirk enerjisi ilə işləyən) istehsalı kəskin artacaq. Həmin avtomobillərin idxalı və ona tələb yüksəldikcə premium yanacaq növlərinin istehsalına marağın artması nəyi dəyişəcək? Çünki bu zaman premium markalı yüksək oktanlı benzinlərə tələb əvvəlki qədər aktual olmayacaq. Bu zaman SOCAR-ın “reformist” addımları əsasən səmərəsiz olacaq. Daha doğrusu belə bir addım atılarsa, bunu gecikmiş addım saymalı olacağıq. Ona görə müdriklərin söylədiyi bir fikir tam yerinə düşür:
“Vaxtında görülüməyən işlər görülməmiş qalır.”
Tarix: 20-09-2021, 15:19
Xəbəri paylaş



Xəbər lenti