Banklar ucuz kreditlər təklif etməlidir






"Xarici valyutada kreditlər ilə depozit dividendləri arasında 3 dəfə fərq var"

"Mərkəzi Bankın elan etdiyi statistikaya əsasən, bankların kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasındakı yüksək fərq hələ qalmaqdadır. Belə ki, Mərkəzi Bankın hesablamalarına görə, banklar xarici valyutada depozitlərə orta hesabla 1.76 faiz dividend ödədiyi halda dollar kreditlərini orta hesabla 5.18 faizlə təklif edirlər. Rəsmi statistika göstərir ki, xarici valyutada kreditlər ilə depozit dividendləri arasında 3 dəfə fərq var”. 

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov "Şərq"ə açıqlamasında deyib. Deputat diqqətə çatdırıb ki, banklar cəlb etdikləri depozitləri 3 dəfə daha baha şəkildə kredit formasında təklif edirlər:

"Manatla depozitlərə orta hesabla 8.62 faiz ödənilir. Manatla kreditlər üzrə orta faiz isə 13.75 faizdir. Fiziki şəxslər üzrə orta kredit faizi isə 16 faizdən çoxdur. Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, manatla orta kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasında da fərq az deyil. Mərkəzi Bankın elan etdiyi bu göstəricilər orta rəqəmlərdir. Sistem əhəmiyyətli bankların əksəriyyətində manat üzrə depozit faizləri 6 faizdir, xarici valyutada əmanətlərə isə, demək olar, dividend ödənilmir”.

V.Bayramov əlavə edib ki, kredit faizləri ilə depozit faizləri arasında mütənasibliyin formalaşması və xüsusən də ucuz kreditlərin təklif olunmasına nail olunması vacibdir:

"Aydındır ki, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur. Mərkəzi Bank tərəfindən bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
Tarix: 3-09-2021, 08:00
Xəbəri paylaş



Xəbər lenti