Hansı rayonda nə qədər kasıb yaşayır? – Rayonlar üzrə TAM SİYAHI




Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 62 min ailənin 264 min 149 üzvü ünvanlı dövlət sosial yardım alıb.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 26,7% və ya 22,6 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 25,9% və ya 87 min 638 nəfər azalıb.
Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 24 min 860 nəfər ünvanlı dövlət sosial yardım alıb.
Bakıdan sonra  sonra ən çox Lənkəran sakinləri sosial yardım alırlar - 18 min 985 nəfər.
Bundan başqa Masallı rayonunda sosial yardım alanların sayı 17 min 373, Salyan rayonunda isə 10 min 642 nəfər olub.
Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (95 nəfər), Balakən (181 nəfər) və Naftalan (257 nəfər) rayonları yer alıb.
Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:
Şəhər və rayonlarÜnvanlı dövlət sosial yardımı alanların sayı,
(nəfər)
Respublika üzrə - cəmi264 149
Bakı şəhəri - cəmi24 860
Xızı rayonu498
Abşeron rayonu3 213
Sumqayıt şəhəri8 376
Gəncə şəhəri7 452
Qazax rayonu2 331
Ağstafa rayonu690
Tovuz rayonu8 255
Şəmkir rayonu2 921
Gədəbəy rayonu993
Daşkəsən rayonu1 562
Samux rayonu1 327
Göygöl rayonu3 877
Goranboy rayonu6 265
Naftalan şəhəri257
Balakən rayonu181
Zaqatala rayonu949
Qax rayonu341
Şəki şəhəri5 832
Oğuz rayonu567
Qəbələ rayonu524
Astara rayonu2 572
Lənkəran şəhəri18 985
Lerik rayonu3 217
Yardımlı rayonu8 698
Masallı rayonu17 373
Cəlilabad rayonu8 975
Qusar rayonu4 362
Xaçmaz rayonu5 527
Quba rayonu4 097
Şabran rayonu3 736
Siyəzən rayonu1 601
Göyçay rayonu494
Beyləqan rayonu3 872
Ağcabədi rayonu5 870
Bərdə rayonu4 552
Neftçala rayonu2 635
Biləsuvar rayonu4 531
Salyan rayonu10 642
Yevlax şəhəri7 664
Mingəçevir şəhəri6 175
Ağdaş rayonu3 601
Ucar rayonu2 411
Kürdəmir rayonu1 947
İmişli rayonu1 689
Saatlı rayonu2 375
Sabirabad rayonu2 852
Hacıqabul rayonu2 280
Şirvan şəhəri2 863
Cəbrayıl rayonu1 507
Füzuli rayonu4 807
Ağdam rayonu7 056
Tərtər rayonu1 740
Xocalı rayonu718
Şuşa rayonu980
Xocavənd rayonu467
Xankəndi şəhəri95
Kəlbəcər rayonu4 172
Laçın rayonu4 503
Qubadlı rayonu884
Zəngilan rayonu798
Qobustan rayonu475
İsmayıllı rayonu670
Ağsu rayonu1 843
Şamaxı rayonu4 140
Naxçıvan Muxtar Respublikası - cəmi2 151
Tarix: 18-08-2021, 12:28
Xəbəri paylaş



Xəbər lenti