Dünyadakı qiymət artımı bizim istehlakçılara necə təsir edəcək? Dünyanın ən böyük qəhvə (kofe) istehsalçısı və ixracatçısı olan Braziliyada bir il davam edən şiddətli quraqlıqdan sonra məhsuldarlıq kəskin şəkildə azaldı. Pis hava şəraiti ilk növbədə ən çox qəhvə yetişdirən əyalətləri - Parana, San Paulo və Minas Geirası vurdu.
İndi təbiətin sınağında olan ölkə təravətləndirici içkinin əsas istehsalçısıdır. Bu vəziyyətdə brokerlər artıq məhsulun qiymətində kəskin artım olacağını proqnozlaşdırırlar. Bölgədə əvvəllər anormal bir quraqlıq olduğunu və bəzi bölgələrdə altı aydan çox yağış yağmadığını nəzərə alaraq, mütəxəssislər son 20 ilin ən böyük məhsul azalmasını gözləyirlər.
Braziliyanın bir neçə bölgəsində əvvəllər də anomal isti hava artıq qəhvə məhsulunun məhvinə səbəb oldu. Nəticədə, quraqlıq səbəbindən ilin əvvəlindən bəri “Arabica” sortunun dəyəri iki dəfə artdı və indi fermerlər məhsullarını tamamilə itirə bilərlər. İyun ayında “Arabica” qəhvəsinin dünya qiymətləri son 5 ildə maksimuma çatdı. “The Wall Street Journal”a görə, bu, son istehlakçılara təsir göstərə bilər.
Beləliklə, iyun ayında “Arabica” qəhvəsinin qiymətləri 2016-cı ildən bəri ən yüksək həddə çatdı. Bu çeşid üçün Nyu-Yorkda satılan fyuçerslər son üç ay ərzində 18%-dən çox artaraq, 1 funt üçün 1,51 dollara yüksəldi.
Londonda satılan “Robusta” qəhvəsi son üç ayda 30%-dən çox bahalaşdı - hər ton üçün 1749 dollara çatdı və bu, iki ilin ən yüksək həddidir.
Qəhvənin bahalaşmasının səbəbləri arasında mütəxəssislər Braziliyada keçən əsrdə ən ağır quraqlığın, Kolumbiyada etirazların və gəmiçilik xərclərinin kəskin artdığını göstərirlər. Mütəxəssislər dünya üçün qəhvə böhranının olacağını proqnozlaşdırırlar, lakin dünya qəhvəsinin qiymətlərində əhəmiyyətli bir artım indiyə qədər yalnız birjaya təsir etdi, hələlik son istehlakçılara təsir etmədi.
Azərbaycanda idxal olunan bu məhsulun qiymətləri də sabitdir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun AYNA-ya verdiyi məlumata görə, dünya birjalarında qiymət artımının Azərbaycan bazarına təsiri ola bilər, amma bu təsir əhəmiyyətsiz olacaq.
“Braziliyadakı vəziyyət Azərbaycanda pərakəndə satış qiymətlərinə çox təsir etməyəcək. Biz müxtəlif ölkələrdən qəhvə idxal edirik və Azərbaycan idxalının strukturunda Braziliya qəhvəsinin payı əhəmiyyətsizdir. Bildiyimə görə, qəhvənin aslan payı ölkəyə Afrika ölkələrindən, Cənub-Şərqi Asiyadan, Asiya-Sakit Okean bölgəsindən - Malayziya, İndoneziya və sairdən gəlir. Braziliya qəhvəsi daha çox “Köhnə dünya” ölkələrinə idxal olunur və buna görə də qiymət artımı Avropa bazarında hiss olunacaq”, - deyə həmsöhbətimiz bildirib.
Bir sözlə, Hüseynovun fikrincə, azərbaycanlı istehlakçı narahat olmamalıdır. Ölkəmizdə son illərdə qəhvəyə olan maraq artdığından bu xəbər ürəkaçandır. Bundan əlavə, Bakıda, xüsusilə gənclər arasında qəhvənin populyarlaşmasına səbəb olan beynəlxalq markaların “özünlə apar” xidməti üzrə bir çox qəhvəxanalar açılıb.
Mütəxəssislərin fikrincə, "Espresso", "Americano" və südlü qəhvə içkilərinin bilicilərinin sayı artır. "Günümüzün sehrli dənə"sinin qiymət artımı təkcə canlandırıcı içki sevənlərin cibinə zərbə vurmayacaq, həm də canlandırıcı içki satan qəhvə biznesinə də təsir edəcək.
Bu arada, qonşu Rusiyada istehlakçılara qəhvənin qiymətlərinin avqust ayında onların ciblərinə təsir edəcəyi ilə bağlı xəbərdarlıq edilir. Rusiya pərakəndə satış şəbəkələri, qəhvə qiymətlərində 10-12% artım olduğu barədə tədarükçülərdən avqust ayında bildiriş almağa başladı.
"Kommersant" yazır ki, əsas səbəb qəhvənin illik müqayisədə 30% azala biləcəyi Braziliyada, təxminən bir illik quraqlıqdan sonra temperaturun anormal düşməsidir. “Pravda Kofe” şəbəkəsinin qeyd etdiyi kimi, Braziliyada pis hava şəraiti ilə yanaşı, qəhvə tədarükü ilə bağlı problemlər həm də qəhvə ixracatçısı Kolumbiyadakı daxili siyasi böhrandan qaynaqlanır. Birja qiymətləri indiki səviyyədə qalarsa, gələn il alış qiyməti 40-50% arta bilər.
Tarix: 3-08-2021, 08:20