Cahangir Əsgərova "OSMANLI TOKATI"... - Havadakı inhisarçılıq BİTİRMİ?
Tükiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” martın 19-dan İstanbul-Bakı-İstanbul istiqamərində müntəzəm uçuşlara başlayacaq.
Aviaşirkət uçuşların həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcəyini açıqlayıb.
Təyyarələr Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanından qalxacaq və ora geri dönəcək.
Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli deyir ki, gözlənildiyi kimi, Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir. İrəlidəki dövrdə bu əməkdaşlığın daha da dərinləşəcəyini görəcəyik: “AnadoluJet-in Azərbaycana gəlməsi də görünür ki, bu qəbildəndir və bunun uzun müddət davam edəcəyini ehtimal edirəm. Çünki “Peqasus” şirkətindən (Sabancı Holdinqə məxsusdur) fərqli olaraq AnadoluJet dövlət şirkətidir, Türk Hava Yollarına məxsus (THY) lou-kosterdir”.
Ülvi Həsənli bildirir ki, “Buta” Hava Yollarının Türkiyəyə uçuşlarından sonra AnadoluJet-in də Azərbaycana gəlməsi ehtimal olunurdu.
Onun sözlərinə görə, “Peqasus”un Qəbələdən baş tutan uçuşlarına həmin vaxtlar AZAL tərəfindən alternativ yox idi, ona görə AZAL rəqabətə tab gətirməyib onların uçuşlarına imkan vermədi, ancaq AnadoluJet ilə məsələ bir az fərqlidir: “AZAL və THY arasında qiymət fərqi olduğu kimi Buta və AnadoluJet uçuşlarında da fərq olacaq. İndi həmin şirkətlərin saytlarında qiymətlərə baxanda bunu görmək olur. Yəni Azərbaycan şirkətinin qiyməti cüzi də olsa, ucuz olacaq. Müşahidələr onu deyir ki, hökumətlər arasında bununla bağlı razılaşma var. Türkiyə tərəfi də bu məsələdə müqavimət göstərmir və Azərbaycan hökumətinin qoyduğu şərtləri qəbul edib”.
Ülvi Həsənli buna görə qiymətlərin ciddi şəkildə aşağı düşəcəyini gözləmir: “Pandemiya ilə bağlı onsuz da təyyarə biletləri bahalaşıb, buna görə hələlik, lou-koster olmağına baxmayaraq AnadoluJet-in Azərbaycan bazarına girməyi ilə qiymətlərdə endirim gözləmirəm. Qarşıdan isə turizm sezonu gəlir, Türkiyəyə gedənlərin sayı artacaq. Yəni indiki qiymətlərdə elə də ciddi fərq olmayacaq. Üstəlik, tələbatın kifayət qədər olduğunu nəzərə alsaq, AZAL və THY arasında toqquşmanın olmayacağını deyə bilərik. Bir daha qeyd edirəm, toqquşmanın olmayacağını həm də ona görə deyə bilərik ki, Qarabağ müharibəsində Türkiyənin xüsusi rolu var idi və bunun qarşılığında da Azərbaycan Türkiyə şirkətlərinə ölkədə şərait yaradır”.
Ekspert bildirir ki, aşağı büdcəli aviakompaniyaların Azərbaycana buraxılmaması illərdir müzakirə olunan, narazılıq yaradan məsələdir. Bunun səbəbkarı isə, əlbəttə, Azərbaycan hökuməti və AZAL-dır: “Oliqarxlar bazarda monopoliya yaradıb sərvət qazanırlar, bundan da əziyyət çəkən ilk növbədə Azərbaybaycan vətəndaşlarıdır. Qonşu Gürcüstan və Ermənistana Avropanın bir neçə lou-koster şirkəti uçuşlar həyata keçirir, amma həmin şirkətlərın çoxu Azərbaycana buraxılmır. Məsələn, yaxın günlərdə “WizzAir” şirkətinin mayın 31-dən yenidən Bakıya uçuşlara başlayacağını açıqladı. Qiymətlərə baxırıq, Bakıdan Budapeştə 180 avrodan, Kutaisidən 108 avrodan, Yerevandan Vyanaya isə 100 avrodan başlayan qiymətlərlə gedib gəlmək təklif olunur. Elə burdan aydın görmək olur ki, Azərbaycan və qonşu ölkələrin qiymətlərində 60-70 faiz fərq var. Bu da Azərbaycandakı monopoliyanın nəticəsidir. Lou-kosterlərin Azərbaycana buraxılmamasının və ya baha qiymətlərlə buraxılmasının səbəbkarı Azərbaycan hökumətinin siyasətidir”.
Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “Ryanair” Avropa Birliyi ərazisindən Ermənistana birbaşa uçuşlar edir.
Yerevandan Berlin, Roma və Milana getmək mümkündür. Həmçinin Ermənistanın Gümrü şəhərindən Almaniyanın Memmingen şəhərinə də birbaşa reys var.
Qiymətlər də təxminən 29.99 (60 manat) avro olacaq.
Qonşu Gürcüstan da bir neçə aşağı büdcəli hava yolları şirkətlərinə qucaq açıb. Məsələn, Macarıstanın “WizzAir” şirkəti Gürcüstanın Kutaisi şəhərindən əvvəlcə 5, hazırda isə 10-dan artıq istiqamətdə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan (40 manat) başlayır.
Türkiyənin aşağı büdcəli hava yolu şirkətlərindən “Pegasus” və “AtlasJet” Gürcüstanın paytaxtı Tbilisidən Avropanın istənilən böyük şəhərlərinə uçuşlar təşkil edir. Qiyməti isə 70-80 avro civarındadır.
Azərbaycandan isə Avropaya ən sərfəli çıxış Macarıstan Hava Yolları Şirkəti “WizzAir”-lə mümkündür. Pandemiyadan öncə birinci və beşinci günlər təşkil edilən uçuş təkcə, Macarıstanın paytaxtı Budapeştə idi. Qiymətlər isə uzaq tarixə 80-160 avro (160- 320) arası dəyişirdi.
Bir müddət Türkiyənin aşağıbüdcəli aviaşirkəti “Pegasus” da Qəbələdən uçuşlar təşkil etsə də, sonradan iqtisadi sərfəli olmadığına görə faəliyyətini dayandırdı. Şirkət rəsmisi açıqlamasında belə deyirdi.
Azərbaycan həmişə ucuz uçuş həyata keçirən hava yolları şirkətləri ilə problemlər yaşayıb. İqtisadçı Natiq Cəfərli daha öncə Meydan TV-yə bildirmişdi ki, Azərbaycanda ucuz aviaşirkətlərin davam gətirə bilməməsinin fəsadlarını vətəndaş çəkir.
Bakıdan həyata keçirilən uçuşlarla qonşu ölkələrdəki uçuş qiymətləri arasında kəskin fərq yaranır: “Gürcüstana çoxlu sayda milli və beynəlxalq şirkət birbaşa uçuşlar həyata keçirir. Nəticədə rəqabət mühiti yaranır. Bundan da vətəndaşlar faydalanır. Ucuz qiymətə dünyanın istənilən nöqtəsinə gedə bilirlər. AZAL hazırki, monopolist mövqeyindən əl çəkməyənə qədər vəziyyət belə də davam edəcək”.
Tarix: 12-03-2021, 21:40
-
Dünən, 23:18
TƏCİLİ! Tramp ELAN ETDİ: Hücumlar BAŞLAYIR
-
Dünən, 22:58
Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır
-
Dünən, 18:02
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
-
Dünən, 17:43
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO
-
Dünən, 17:40
"Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? - VİDEO
-
Dünən, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Dünən, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Dünən, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Dünən, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Dünən, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Dünən, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Dünən, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Dünən, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Dünən, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Dünən, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Dünən, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Dünən, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Dünən, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
18-04-2026, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
18-04-2026, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
18-04-2026, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
18-04-2026, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
18-04-2026, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
18-04-2026, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
18-04-2026, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
18-04-2026, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü