Energetika Nazirliyinin anlaşılmayan illik hesabatı: "Rəqəmlərdə böyük fərq var"-Ekspert


Energetika Nazirliyinin anlaşılmayan illik hesabatı: "Rəqəmlərdə böyük fərq var"-Ekspert

"Azərbaycan Energetika Nazirliyi 2020-ci il üzrə hesabatını açıqlayıb. Bu il təqribən 1 ay geçikib. Ancaq məsələ onda deyil. Məsələ hesabatın cəmiyyət üçün anlamlığından gedir. Hesabatın keyfiyyəti onunla ölçülür ki, onunla tanış olan vətəndaşda ümumi təsəvvür yaranmalı və nə qədər əlavə sualları yaranmayacaqsa, deməli, hesabat da o qədər yaxşı hazırlanıb. Öz təcrübəmdən deyə bilərəm ki, hesabatın həcminin elə bir əhəmiyyəti olmur".
Cebhe.info xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert İlham Şaban deyib.

Ekspert bildirib ki, hesabat ənənəvi olaraq elektroenergetika bölümü ilə başlayır:
"Ona görə də diqqətimi bəzi rəqəmlər çəkdi. Energetika Nazirliyinin rəqəmləri ilə Dövlət Statistika Komitəsinin göstəriciləri arasında çox böyük xətalar var. Nazirlik heç açıqlamır ki, istifadə etdiyi rəqəmlər əmtəəlik hasilatdır, ya ümumi? Əgər əmtəəlik olsa, onda 2,6 milyard kVt/saaatlıq fərq yaranır. Ümumi hasilat olsa, o zaman 1,77 mlrd kVt/saaat fərq yafanır, yenə böyük xətadır.
Qaz bölümündə əvvəllər göstərilirdi ki, energetiklərə il ərzində hansı həcmdə verilib. Yəni bununla bu sahənin ekspertləri hesablaya bilərdilər ki, "Azərenerji"nin istilik elektrik stansiyalarında rentabellik Ermənistanın və ya Gürcüstanın İES-dən üstündür, ya aşağı? İndi bunu etmək mümükün deyil. Əslində Energetika Nazirliyinin hesabatı neft, qaz və elektrik enerjisi sahəsi üzrə illik rentabelliyə tuşlanan materialları ortaya çıxarmalıdır. Təbii ki, bu zaman da göstəricilərin dəqiqliyi xüsusilə seçilməlidir".
Tarix: 15-02-2021, 20:49
Xəbəri paylaş



Xəbər lenti