“2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 % artırılır.Neqativ.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib.
Bu isə o deməkdir ki, pensiyaların orta məbləği bu ilin yanvar ayının 1-dən etibarən hər 100 manatada 11 manat 40 qəpik, hər 200 manatda 22 manat 80 qəpik, hər 300 manatda isə 34 manat 20 qəpik artacaq.