“Lazımlı olan nə vardısa, hamısı devalvasiyaya uğradıldı”


“Azərbaycanda təsadüfi adamların özlərinə çox tez yer edib ulduzlarını parlada, hətta söz sahibinə çevrilə bildikləri hər cür sektor olub: Mediadan tut, şou aləminə çıx, elmdən yapış, dövlət qulluğuna çat. Tək sahə müstəqil ekspert cəmiyyəti (azad peşə sahibləri - frilanserlər də deyə bilərsiniz) idi ki, bura düşən təsadüfi adamların sahəni yetərincə bilməyəndə qalması çətin olurdu. Hətta qalsalar belə, söz və hörmət sahibinə çevrilmələri mümkün olmurdu. Təəssüf ki, çox sürətlə burda da vəziyyət dəyişdi”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.
 
R.Ağayev bildirib ki, aArxasında heç bir ciddi araşdırma, tapıntı, arqument olmadan cəmiyyətə xitab edən yazarların, youtuberlərin, bloqqerlərin sayı yağışdan sonra göbələk kimi artır: “Müstəqil araşdırmanın, müstəqil ekspert biliyinin dəyəri qalmır artıq. Sadə bir örnək: Kölgə iqtisadiyyatının, korrupsiyanın real miqyasından, yoxsulluğun, işsizliyin real səviyyəsindən danışıb da, əsaslandırmasına apardığın dərin araşdırmanın nəticəsini qoymayacaqsansa, bu artıq ekspertlik iş deyil - olsa-olsa müstəqil ekspert cəmiyyətində şoumen master-klasıdı...Hamısı sistemin problemidi - ölkədə sözün, araşdırmanın, elmin dəyəri qalmadı. Lazımlı olan nə vardısa, hamısı devalvasiyaya uğradıldı. Bilmirəm, bəlkə gerçəkdən cəmiyyətdə çoxluğun tələbatı beləcə ödənir. Alan razı, satan razı...”
Tarix: 29-01-2021, 08:46
Xəbəri paylaş



Xəbər lenti