Rövnəq Abdullayev vəzifəsini icra edir- SOCAR-dan reaksiya


"Fərmanda rəhbər şəxslər barədə heç nə yazılmayıb" - SOCAR-dan Rövnəq Abdullayevlə bağlı xəbərlərə reaksiya

Yanvarın 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, yeddi üzvdən ibarətdir. SOCAR-ın yenidən təşkili və ləğvi, Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə həvalə olunub.
Son günlər sosial mediada və bəzi mətbuat orqanlarında SOCAR prezidenti Rövnəq Abdullayevin vəzifədən uzaqlaşdırlması barədə yazılara rst gəlinir..
SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Rövnəq Abdullayev vəzifəsini icra edir:
“Sərəncamda SOCAR-ın prezidenti və digər rəhbər şəxsləri barədə heç nə yazılmayıb. Sadəcə əlavə orqan - Müşahidə Şurası yaradılıb”.
Cebhe.info
Tarix: 25-01-2021, 14:57
Xəbəri paylaş



Xəbər lenti