Bank hesabında 5 milyon 796 min manat yatıran Vüqar Səfərli ...-Qubad İbadoğlu


Neqativ.com xəbər verir ki, tanınmış iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlu öz səhifəsində Vüqar Səfərlinin həbsi haqqında maraqlı fikir bildirib:
 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin cinayət dosyesi ilə tanış olanda diqqətimi  iki  məqam çəkdi. 
Əvvala  o maraqlıdır ki, yüksək dövləti  vəzifə tutmayan Vüqar Səfərli  jurnalistlər üçün mənzil  tikintisindən 6 milyon manata qədər vəsait oğurlayıb. Ən maraqlısı da  odur ki,  Vüqar Səfərli oğurladığının  5 milyon 796 min manatını 2015-2018-ci illər ərzində arxayınlıqla  Azərbaycanın  kommersiya banklarında milli və xarici valyutadakı depozit hesablarında yerləşdirib, bu vasitə ilə  də mənimsədiyi pulları leqallaşdırmaqla yanaşı həm də onlardan  yüz minlərlə manat faiz  gəlirləri də qazanıb.  
Hər ikisi məqam, yalnız maraqlı deyil,  həmçinin  düşündürücüdür. Birincisi ona görə ki, yüksək  siyasi elitaya üzv olmayan məhdud səlahiyyətli ortadan aşağı  ranqlı şəxs hətta jurnalistlər üçün ayrılan fonddan   milyonlarla  manat vəsait oğurlaya bilirsə, onda yəqin ki,  yüksək dövləti vəzifə tutan orta və yuxarı ranqlı məmurlar on milyonlar və yüz milyonları mənimsəyirlər. 
Başqasının  bank hesabına 20 min manatdan çox vəsait  daxil olanda Maliyyə Monitorinqi Xidmətinə dərhal məlumat verildiyi halda necə ola bilər ki,  bank  hesabında 5 milyon 796 min manat yatıran Vüqar Səfərli barədə aidyyatı orqanlar məlumatsız olsunlar,   onun banklardakı milyonlarla pulu 5 il heç kəsi qayğılandırmasın?  İnandırıcı görsənməsə də nəzəri cəhətdən mümkündür.  Odur ki, prezident də daxil olmaqla bütün  vəzifəlilər hər il maliyyə məlumatlarını, gəlirləri və əmlakı barədə məlumatları dərc etməlidir ki, mənimsəmələr 5-10 ildən sonra deyil, zamanında  asanlıqla aşkar olunsun.
P.S. Vüqar Səfərli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
P.P.S. Vüqar Səfərli YAP Nərimanov rayon təşkilatı sədrinin müavinidir.
Tarix: 15-01-2021, 09:30
Xəbəri paylaş



Xəbər lenti