Məhəmməd Talıblı, iqtisadçı-ekspertİşğaldan azad olmuş regionların inkişafı məqsədilə Azərbaycan yeni “qənaət” rejiminə keçir. Azərbaycan Mərkəzi Bankı (AMB) özünə yeni inzibati binasının tikintisi üçün 450 milyon manat vəsait xərcləyəcək. Bu 2 xarici valyutada – 265 mln. dollar və ya 218 mln. avro deməkdir.
Fikirləşməyin ki, AMB-nın ehtiyatları artdığı üçün özünə belə imarət tikdirmək qərarına gəlib. Xərclənəcək bu böyük həcmdə olan vəsait Bankın ehtiyatlarının 4,2 faizi deməkdir. Müqayisə üçün qeyd edim ki, son 5 ildə aktivləri 15 mlrd. dollardan 6 mlrd. dollara qədər əriyib. Bu müddətdə 9 mlrd. dollarlıq ehtiyatları “əriyən” Bankı bu cür populizmə sürükləyən nədir?
Əgər 6 mlrd. dolları saxlamaq üçün 450 mln. manatı xərcləməyə “ürəyiniz” gəlirsə, o zaman mən arzu edirəm ki, sizin aktivləriniz artmasın.
Onda gərək 5 mln. nəfər əhalisi olan Norveçdə Pensiya Fondu 1 trln. dollarlıq ehtiyatları saxlamaq və idarə etmək üçün Oslo da bütün şəhər boyunda 42 mlrd. dollarlıq hündür mərtəbəli dəbdədli göydələnlər tiksin. Qərb də dövlətlər ictimai vəsaitləri göyə sovurmaq hesabına göydələnlər vasitəsilə Allaha salam vermək yarışına girmirlər, bəndəyə xidmət və ictimai vəsaitlərə qənaət yolu tuturlar!
İndi gördünüz ki, Şəqr şöhrətpərəstliyi Qərb qənaətcilliyinə necə məğlub olur?!
Müdriklərdən biri haqlı imiş: Şərqə getdim, müsəlman gördüm, islam görmədim, Qərbə getdim müsəlman görmədim, islam gördüm!
Tarix: 14-01-2021, 17:07