Strateji vizion və hədəflər olmayanda…




Iqtisadçı ekspert Rövşən Ağayev
Strateji vizionu olmayan ölkə dayanıqlı və keyfiyyətli inkişaf modeli qura bilmir.
Strateji vizion siyasi idarəetmənin daha uzun müddətli (ən azı 30 il- 50 il) dövrdə ölkənin gələcək inkişafını planlaşdıra bilməsidir. Məsələn, 2050-ci ildə arzuladığımız Azərbaycan modelini necə təsəvvür edirik? İstər təhsil, istər ekoloji problemlər, istərsə də demokratik inkişaf baxımından aydın hədəflər, dəqiq vizion varmı?
Bunu niyə yazıram?
İşğaldan olunaraq bərpa olunan ərazilərdə məkan planlaşdırması, ərazi inkişafı ilə bağlı pərakəndə də olsa mütəxəssislər tərəfindən müəyyən təkliflər səsləndirlir, sosial şəbəkələrdə müzakirələr açılır. Amma ən vacib olan sənədlər ortada yoxdur – hansı ki, ən azından son 15 ildə bunların hazırlanmasının vacibliyi dəfələrlə hökumətə təklif olunub. Söhbət məkan inkişafı, şəhər (urban) və kənd inkişafı ilə bağlı uzunmüddətli strategiyalaırn hazırlanmasından, həmin strategiyaların reallaşdırılmaıs üçün proqramların işlənməsindən gedir.
Hətta 2016-cı ildə Yol Xəritəsinə müstəqil təkliflər əsasında Kənd İnkişafı Proqramının hazırlanması daxil edildi, amma icra olunmamış qaldı.
Uzunmüddətli dövrdə şəhər və kənd inkişafına dair strategiyalar inkişaf etmiş dünyada hər yerdə var. Məsələn, yeni qurulacaq şəhərlərlə bağlı vizion nədir – onlar monofunksiyalı şəhərlər olacaq, yoxsa diversifikasiya edilmiş iqtisadiyyata əsaslanacaq? Seçiləcək modelin hər biri üçün hansı imkanlar, resurslar və manelər var? Yaxın 30 ildə biz Azərbaycan kəndinin simasını necə görürük və s?
Çox uzun yazmaq istəmirəm, strateji vizion və buna uyğun strateji planlama, strategiya sənədləri müasir idarəetmədə olmazsa-olmaz idarəçilik alətləridir.
Strateji vizon və hədəflər yoxdursa, demək sən ancaq bu günlə yaşayırsan, bu günü təsəvvür edə bilirsən. Sabah isə allah kərimdir…
Tarix: 6-01-2021, 23:33
Xəbəri paylaş



Xəbər lenti