“Hökumətin corab-tuman norması ilə yaşasaydıq, millət iy yerərdi, ya da tumancağ gəzərdi” – 196 manata nə daxildir?



Azərbaycan hökumətinin rəqəmlərlə “rəqs etməyi” sevir, statistik məlumatları siyasi ritorikaya uyğunlaşdırır. Gələn il üçün yaşayış minimumu ortalama 196 manat götürülüb, bu da minimum istehlak zənbilinə əsaslanaraq hesablanır. Azərbaycan hökuməti minimum istehlak zənbilinin meyarlarını müəyyən edib:
 
Çörək – ilə 136,8 kq, yəni, günə 380 qram (günlük kalori normasının dolması üçün çox götürülüb), Kərə yağı – ilə 7 kq, günə 19 qram, Ət və ət məhsulları (bütün növ) – ilə 32,9 kq, günə 90 qram, Balıq, balıq məhsulları – ilə 7,7 kq, günə 21 qram, Yumurda – ilə 150 ədəd, yəni, 2,5 günə 1 ədəd, Şəkər və qənnadı məmularları, şirniyyat – ilə 16,9 kq, günə 46 qram, Kartof – ilə 54,8 kq, günə 150 qram (bu da kalori norması dolması üçündür).
 
Gələk qeyri-ərzaq mallarına, burada qiymət ortalamasının necə götürüldüyü müəyyən edilməyib (məsələn, üst geyim. Ayaqqabı və s. orta qiyməti yoxdur), amma normalar var:
Palto, və ya üst geyimi – 8 ilə 3 ədəd, Ayaqqabı – 4 ilə 6 cüt, Corab – 1,5 ilə 7 cüt, yəni, 2,5 aya, 75 günə 1 cüt corab, Alt paltarı (tuman-mayka) – 2,5 ilə 9 ədəd (bu da maraqlılıdı, niyə 9, yəni tək rəqəm? 4 tuman, 5 mayka, ya 5 mayka 4 tuman), yəni, 100 günə ya bir tuman, ya bir mayka.
 
Başqa bir şey demirəm, biz hökumətin corab-tuman norması ilə yaşasaydıq, millət iy yerərdi, ya da tumancağ gəzərdi.
 
Hə, 2015 ci ildə hökumət internet xərclərini də nəzərə alıb, sağ olsunlar, 4 nəfərli ailə üçün gündə 1 saat, yəni, hər ailə üzvünə sutka ərzində 15 dəqiqə.
Rəqəmlərlə bu gür “rəqs” edərək hökumət həm minimum əmək haqqının, həm də minimum təqaüd və sosial müavinatların məbləğını aşağı götürməyə nail olur.
 
Natiq Cəfərli
 
Ekspert
Tarix: 26-12-2020, 21:32
Xəbəri paylaş



Xəbər lenti