Moderator.az millət vəkili Əli Məsimlinin Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında toxunduğu əsas məqamları təqdim edir. 2021-ci ilin dövlət büdcəsi yeni mərhələnin büdcəsindir və bu büdcə ilə bağlı cəmiyyətdə böyük gözləntilər var. Həmin gözləntiləri bir cümlə ilə belə ifadə etmək olar: 2021-ci ilin dövlət büdcəsi dövlətə, cəmiyyətə,orduya, hər bir Azərbaycan vətəndaşına və biznecə nə vəd edir? Bu baxımdan, 2021-ci ilin Büdcə Zərfinə münasibətdə 7 məqamın xüsusi qeyd edilməsini vacib hesab edirik.Bunlardan yalnız vaxtın imkan verdiyi hissəsini nəzərə çatdırmaq istərdik.
1.Neft Bumu dövründə Azərbaycan iqtisadiyyatı hər il orta hesabla 15-16 faiz artım nümayiş etdirməklə, həmin mərhələədə 3 dəfədən çox artıb.Amma 2010- 2019-cu illərdə bu artım cəmi 13 faiz təşkil edib.2020-ci ildə isə 4 faiz enmə gözlənilir.Bu il Azərbaycanda ÜDM 4 faiz ətrafında aşağı düşdükdən sonra, əgər gələn il gözlənilən bir sıra qlobal qeyri-müəyyənlilklər və şoklar şəraitində 2021-ci ilin Büdcə Zərfində proqnozlaşdırıldığı kimi, ÜDM-in 3,4 faiz artmı,inflasiyanın 3 faiz,manatın dollara nisbətdə məzənnəsinin 1,7 manat şəraitində reallaşdırılması mümkün olsa, bu nəticə növbəti illər üçün açar rolunu oynayacaq və orta perspektivdə makroiqtisadi sabitliyik və maliyyə dayanıqlılığının saxlanılması şəraitinində yüksək və dayanıqlı artıma nail olub, iqtisadi artım templərimizi orta dünya göstəricisindən yüksəyə qaldırılması üçün münbit şərait yaranacaq və qarşıdakı 10 ildə ölkə iqtisadiyyyatının 2 dədə böyüməsinə dair Azərbaycan prezidentinin irəli sürdüyü hədəfə nail olamq imkanları artacaq. Həm də işğaldan azad edilən torpaqların bərpa edilməsi gücümüzə güc qatacaq. Qarabağ zəngin torpaqdır. O ərazilərin də bərpa edilib, iqtisadiyyata qoşulması ilə iqtisadi inkişafımız sürətlənəcək.
2.2021-ci ilin dövlət büdcəsi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini nəzərdə tutan ilk büdcədir. 2021-ci ilin büdcəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması yol, işıq,su, qaz, rabitə və digər zəruri infrastrukturların,eləcə də təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, yaşayış evlərinin tikintisi və mədəni-tarixi abidələrin bərpası və s. bu kimi məsələrin həllinə 2,2 milyard manat vəsait ayrılır. Büdcə xərcləmələrində,xüsusən də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadədə şəffaflığın,nəzarətin və hesabatlılğın gücləndirilməsi,nəticəliliyin artırılması,eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini maliyyələşdirilməsi üçün nəzərdə tutulan 2,2 milyardalı vəsaitin multiplikativ effektini artırmaqdan ötrü dövlət-cəmiyyət-özəl sektorun fəaliyyətinin effektiv kombinasıyasına nail olunması mühüm əhəmiyyət kəsb edir. Yəni işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir. Həmin işlər yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bu iş yüksək keyfiyytlə həyata keçirilsə, özəl sektor, həm yerli həm də xarici investorlar Qarabağa yetərincə sərmayə qoymaya başlayacaq və həmin vəsaitin məbələğı dövlət sərmayələri ilə məhdudlaşmayb 2,2 milyard manatdan çox olacaq. Bir də ki, indi həqiət anı məqamıdır. Hansı ölkələr Qarabağ uğrunda Vətən müharibəsində Azərbaycanı dəstəklətibsə, Qarabağda nəzərdə tutulan layihələrdə həmin ölkələrin şirkətlərinə üstünlük vermək lazımdır.
3. Vaxtilə dəfələrlə qaldırdığımız, həmçinin qanun layihəsilə çıxış etdiyimiz məsələ- təhsil kreditlərinin ayrılmasına hökumətin ciddi reaksiya verməsini təqdir edirik. 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan sosial layihələr içərisində əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin ahtə dairəsini genişləndirmək məqsədilə tələbə kreditlərinin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsinən 80 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Hazırda bunun mexanizmi hazırlanır. Ehtiyac yaransa, biz hazırladığımız Təhsil Kreditləri haqqında qanun layihəsini təqdim edə bilərik. Bu, hakimiyyətin Qanunverici və İcra hakimiyyətləri strukturları arasında çox ciddi bir sosial layihə üzrə əməkdaşlığının yaxşı bir nümunəsi olar. Təhsil kreditləri probleminin həlli təhsil haqqını pdəyə bilmədiyinə görə universitetləri tərk edən gənclər kimi çox kskin bir probemi həll etmiş olar, həm də aztəminatlı ailələr təhsilə sərf etməli pul vəsaitini başa problemlərin həllinə yönəltmək imkanı qazanarlar.
4.Seçicilərlə görüşlər zamanı əhalinin qaldırdığı yerli xarakterli məlum problemlərin həlli üçün də 2021-ci ilin büdcəsində vəsaitin nəzərdə tutulması mühüm aktuallıq kəsb edir və bu məsələ orqanların diqqətində olmalıdır.
Tarix: 24-12-2020, 21:44