Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl mədənlərində qazıntı işlərinin aparılması ilə bağlı artıq müqavilələrimiz mövcuddur.Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilən “Müharibədən sonra Qarabağın iqtisadiyyatı” adlı müzakirələr çərçivəsində millət vəkili Tahir Mirkişili deyib.
O bildirib ki, artıq yeraltı qazıntların, faydalı filiz və ya qara metallurgiyanın istifadəsi ilə bağlı müqavilələrimiz var.
Onun sözlərinə görə, müqavilə xarici bir şirkətlə təsis edilmiş konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur: “Bu ərazilər minalardan tamamilə təmizləndikdən sonra dərhal qazıntı işlərinə başlamağa hazırdırlar”.
Tarix: 18-11-2020, 21:07