Azərbaycan qazı Avropaya “yola düşdü” – “Cənub qaz dəhlizi” ilə




«Cənub qaz dəhlizi»nin bir hissəsi olan transadriatik qaz kəməri ilə Azərbaycandan kommersiya-qaz tədarükünə başlanıb. Layihənin operatoru xəbər verir ki, mavi yanacaq dəhlizlə Yunanıstana və İtaliyaya çatacaq.
«Salonikidə Transadriatik qaz kəməri (TAP) tikintisi işlərinə başlanandan dörd il yarım sonra, 878 kilometrlik qaz nəqli sistemi Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliya marşrutu üzrə kommersiya əməliyyatına başlayıb» - deyə, «TAP AG»-n xəbərində deyilir.
Qaz kəməri üzünluğu 3,5 kilometr təşkil edən və Azərbaycandan başlanan «Cənub qaz dəhlizinin» bir hissəsidir. Rusiya qazının alternativi qismində bu kəmərlə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz tədarükü planlaşdırılır. Transadriatik qaz kəmərinin tikintisi 3,9 milyard avroya başa gəlib. Layihə Britaniyanın «bp» (20 faiz), Azərbaycanın «SOCAR» (20 faiz), İtaliyanın «Snam» (20 faiz), Belçikanın «Fluxus» (10 faiz), İspaniyanın «Enagas» (16 faiz) və İsveçrənin «Axro» (5 faiz) şirkətlərinə məxsusdur.
Direktorlar Şurasının sədri Murad Heydərov bəyan edib ki, TAP Azərbaycan qazının Avropaya tədarükü üzrə ilk layihədir və Avropa İttifaqı (Aİ) onun sayəsində əlavə yanacaq mənbəyi əldə edib.
Xəbər verildiyi kimi, Aİ 2050-ci ildə tam olaraq təmiz eneri mənbəyinə keçməyə hazırlaşır və «Cənub qaz dəhlizi» Avropaya alternativ qaz tədarükü üzrə sonuncu meqalayihə ola bilər.
Aİ ölkələri üçün ilkin gücü 10 milyard kubmetr olan «Cənub qaz dəhlizi» Avropa bazarında dəyişiklik doğurmayacaq, amma Cənubi Avropa ölkələrinə digər qaz tədarükçüləri üçün xoş olmayan sürpriz təşkil edə bilər.
«Cənub qaz dəhlizindən» bütün qaz həcmi əvvəlcədən kontraktlaşdırılıb. Bolqarıstanın «Bulqarqaz» və Yunanıstanın «DEPA» şirkətləri hərəsi ildə 1 milyard kubmetr qaz alacaq. İtaliyaya çatacaq 8 milyard kubetrə yaxın həcmi isə Shell, Engie, Axpo, ENEL, Hera, E.ON və Gas Natural SDG Avropa treyderləri öz aralarında bölüşdürəcəklər.
Avropa treyderləri Azərbaycan qazını 25 il müddətində idxal etməyə razılıq veriblər.AzPolitika.info
Tarix: 16-11-2020, 21:42
Xəbəri paylaş



Xəbər lenti