Azad edilən torpaqlarımızı hansı vəsaitlə tikəcəyik - GƏLİŞMƏ
Böyük Vətən savaşının yekunu olaraq Rusiyanın iştirakı ilə imzalanan bəyanatla Azərbaycanın qələbəsi və ərazi bütövlüyü tanındı. 10 noyabr tarixə qələbə günü kimi daxil oldu və Dağlıq Qarabağ heç bir status olmadan Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi kimi qəbul olundu. Qələbədən sonra isə ölkəmizi böyük bir prosesin gözlədiyi məlumdur.
Çünki bir tərəfdən təmas xəttində ermənilərin hərbi təxribatı ilə dağıdılan kəndlərimiz, mülki əhaliyə məxsus evlər, Gəncə və Bərdədə, o cümlədən Tərtərdə və digər bölgələrdə infrastruktura və əhalinin mülkiyyətinə dəyən ziyanın bərpa edilməsi hökumətin qarşısında duran ilk məsələlərdən biridir. Digər tərəfdən isə Azərbaycanın azad etdiyi ərazilərdə yolların çəkilməsi, elektrik enerjisinin, suyun və digər infrastruktur layihələrinin həyata keçirilməsi, inzibati binaların, növbəti illərdə köçürülməsi nəzərdə tutulan qaçqın və məcburi köçkünlər üçün yaşam şəraitinin yaradılması kimi işlər maddi baxımdan çox böyük büdcə və resurslar tələb edir. Əlbəttə, prosesin ən çətin mərhələsi torpaqların azad edilməsi idi, lakin növbəti mərhələdə həmin ərazilərin vətəndaşlarımıza, o cümlədən iqtisadiyyatımıza qazandırılması durur. Bütün bu işlərin görülməsi üçün hansı həcmdə bir məbləğ gərəklidir və Azərbaycanın hansı daxili resursları, maliyyə mənbələri var? Eyni zamanda bu prosesə hansı xarici mənbələrdən vəsait cəlb etmək mümkündür? Növbəti mərhələdə bizi hansı işlər gözləyir?
Sözügedən sənədlə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, 10 noyabr tarixi bir gündür və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur: “Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağla bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir.
Növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək. Artıq erməni silahları qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur".
İqtisadçı alim qeyd edir ki, Azərbaycan artıq yeni quruluculuq mərhələsinə qədəm qoyur: “7 rayonun bərpa edilməsi və məcburi köçkünlərimizin Dağlıq Qarabağ daxil olmaqla öz ata-baba evlərinə dönməsi 30 ilə yaxın işğal altında qalan ərazilərimizə həyatın yenidən qayıtması deməkdir. Bu ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımdan da vacibdir. Eyni zamanda münaqişənin həll edilməsi regiona daha çox sərmayələrin cəlb edilməsinə də imkan yaradacaq”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov da vurğuladı ki, bu istiqamətdə Azərbaycanın imkanları böyükdür: “Çünki ötən illər ərzində ölkəyə gələn neft gəlirləri Neft Fondunda toplanıb. Bizim ümumilikdə 50 milyard dollara yaxın valyuta ehtiyatımız var, Neft Fondunda dollarla ifadədə 44 milyard, manatla ifadədə 65 milyard ehtiyatımız var. Müharibə zamanı ziyan görmüş ərazilərdə, eləcə də işğaldan azad edilən rayon və şəhərlərdə bərpa işlərinin smetasını indi qiymətləndirmək çətindir. Ancaq ilkin göstəricilərə görə, bu rəqəmin 40-50 milyard dollar arasında olacağı ehtimal edilir. Təbii ki, zaman keçdikcə inflyasiya, iqtisadi defilyator da buna təsir göstərəcək. Gözlənti ondan ibarətdir ki, təxminən 50 milyarda o ərazilərin bərpası, iqtisadiyyata qazandırılması, insanların məskunlaşdırılması üçün şəraitin yaradılmasına imkan verəcək. İndiki halda hesab edirəm ki, Azərbaycan öz resurslarının müəyyən bir qismini prosesə cəlb edə bilər. Tam olmasa da, resursların bir qismi istifadə ediləcək. Çünki həmin torpaqları azad etmək və onu xalqımıza qazandırmaqdan öndə bir məqsədimiz yox idi. Ona görə də Neft Fondunun vəsaitlərinin bu istiqamətə yönəldilməsi müsbət haldır”.
İqtisadçı vurğuladı ki, burada böyük ehtimalla başqa mənbələrdən istifadə ilə bağlı imkanlar da yarana bilər: “Dövlət büdcəsinin özünün imkanları nisbətən genişdir. İnfrastruktur xərcləri Azərbaycanın işğal olunmayan ərazilərində ötən müddət ərzində xeyli dərəcədə azalıb. Belə imkanlar formalaşıb. Bu da imkan verir ki, Azərbaycan dövlət büdcəsi hesabına işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına vəsait yönəldə bilsin. Bu prosesin sonunda bir sülh sazişi olacaqsa, böyük ehtimalla hərbi xərclərimiz əhəmiyyətli səviyyədə azalacaq. Bu vəsaitləri də müvafiq istiqamətə yönəldə bilərik. Ancaq təbii ki, bütün bunların fonunda bir də beynəxalq təşkilatlarla əməkdaşlıq var. BMT, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı kimi maliyyə strukturları ilə Azərbaycan uzun müddətdir əməkdaşlıq edir. Avropa Birliyinin də həmin ərazilərdə layihələrin maliyyələşdirilməsi ilə bağlı proqramları olacaq. Azərbaycan bu təşəbbüsləri dəstəkləməli və kifayət qədər yararlanmağa çalışmalıdır. BMT-nin ”Böyük qayıdış" ilə bağlı həmin ərazilərin minalarda təmizlənməsi istiqamətində böyük bir planı olub. Həmin planın aktivləşdirilməsi təxminən 5 milyard dollar vəsaitin bölgəyə yönəldilməsi deməkdir".
R.Həsənovun fikrincə, onu da nəzərə almaq lazımdır ki, bu proses birdən-birə getməyəcək, müəyyən zaman çərçivəsində həyata keçiriləcək: “Çünki ərazilərin hərbisizləşdirilməsi üçün də müəyyən bir zaman lazımdır. Bu zaman çərçivəsində həmin ərazilər təmizlənəcək, daha sonra bərpa işlərinə başlanacaq. Paralel olaraq bu ərazilərdə iqtisadiyyat formalaşacaq. Tikinti sektorunun yaratdığı əlavə dəyər büdcəyə gələcək, həmin ərazilər tam olaraq bərpa olunmasa belə, turizm baxımından cəlbedici olacaq. Çünki flora və faunası, o cümlədən hekayəsi, tarixi kifayət qədər böyük turizm potensialı formalaşdıracaq. Bu gün biz dünyanın diqqətini ermənilərin vəhşiliyinə, müharibənin fəsadlarına cəlb etmək istiqamətində təbliğat kampaniyası qurub, bu şəkildə turizm baxımından da maraq yarada bilərik. Azad edilən şəhər və rayonlarımızın resursları var və onlar da Azərbaycanın nəzarətinə keçir. Çox ciddi resurslar, qiymətli metallar, qızıl, gümüş, mis, qalay, civə və eyni zamanda digər yeraltı tikinti materialları resurslarının istismarının da iqtisadiyyata verdiyi ciddi əlavə dəyər olacaq. Bu vəsaitlərin təkrar olaraq investisiya şəklində Qarabağ və ətraf rayonların bərpasına yönəldilməsi imkanları yaranacaq. Bu aspektdən baxdıqda əsas çətin mərhələ buraya qədər idi. Müəyyən məqamlar da var ki, insanlarda narahatlıq doğurur. Ancaq bilinən odur ki, biz dünən gözləmədiyimiz nələrəsə bu gün əhəmiyyətli səviyyədə nail olduq, 70-80 faiz istədiklərimizə nail ola bildik. Bu artıq o deməkdir ki, işin çətin hissəsini arxada qoymuşuq. Maliyyə məsələsi düzələcək”.
İqtisadçı vurğuladı ki, artıq postpandemiya dövründə neftin qiymətinin yüksələcəyi ilə bağlı impulslar da var ki, bu da əlavə vəsaitlərin sözügedən istiqamətə yönəldilməsinə imkan verəcək: “Pandemiyadan sonra neftin qiyməti də yüksələcək. Təkcə ötən gün vaksinin tapılması ilə bağlı məlumatlar dünya bazarında neftin qiymətinin 9-11 faiz bahalaşmasına gətirib çıxartdı. Bu o deməkdir ki, postpanemiya dövründə neftin qiyməti də 20 dollar civarında yüksələ bilər, 60 dollar səviyyəsinə çata bilər. Bu da büdcə üçün əlavə resurslar formalaşdıracaq. Çətinlik arxada qaldı, əsas odur ki, o torpaqlar bizimdir, əhalimiz oraya qayıda biləcək. Tərəflər müəyyən bir konsensus əldə ediblər. Maliyyə baxımından isə regionda bizim qədər bu bərpa işlərini maliyyələşdirə biləcək ikinci bir ölkə yoxdur. Bu baxımdan düzgün idarəetmə olsa, korrupsiya elementlərini əks etdirməyən layihələr olsa, ciddi ictimai nəzarət olsa səmərəlilik gözlənildiyindən də artıq olacaq”.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, Azərbaycan ilk növbədə özünün daxili resurslarından, dövlət büdcəsinin imkanlarından istifadə edəcək: “Əlavə olaraq, beynəlxalq təşkilatlardan sərfəli şərtlərlə, uzunmüddətli kreditlər almaq üçün işləmək lazımdır. Dünya Bankının bu istiqamətdə sərfəli kredit xətləri var. Bir neçə onilliklərə verilən, çox böyük güzəştləri əhatə edən kreditləri cəlb etmək mümkündür. Eyni zamanda Neft Fondunun vəsaitlərindən də istifadə etmək də lazım gələcək. Əsas resurslar bunlardır”.
Sabiq nazir bildirdi ki, bu günə qədər dəymiş ziyanla bağlı Ermənistan qarşısında beynəlxalq məhkəmələrdə təzminat tələbi də qaldırılmalıdır: “Ancaq bir məqam da var ki, işğaldan azad olunan ərazilərdə hazırda gördüyümüz vəziyyəti, bütün infrastrukturun dağılmasını ermənilər həyata keçiriblər. Orada daşı daş üstə qoymayıblar. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu məsələlərə hüquqi müstəvidə baxılması, həll edilməsi ən azından gələcəkdə belə halların təkrar olunmaması baxımından çox vacibdir. Azərbaycan Ermənistan qarşısında dəymiş ziyanla bağlı təzminat tələbi qaldıra bilər. Çünki bunu Ermənistan edib, azad olunan rayonlarımızda bir dənə kərpic daşı qalmayıb, hamısını, bütün materialları daşıyıb Ermənistana aparıblar. Biz müharibəni Ermənistanla aparmışıq, bu gün müqaviləni də Rusiyanın iştirakı ilə Ermənistanla bağlamışıq. Bu o deməkdir ki, cavabdeh Ermənistandır və zəhmət çəkib vurduğu ziyanı ödəməlidir. Ödəyə bilmirsə, torpaqları ilə ödəsin. Dünya praktikasında bu hallar mövcuddur, əgər maddi olaraq ödəməkdə çətinlik çəkirsə, Zəngəzuru qaytarmaq ödəsin”.
Tarix: 11-11-2020, 08:29
-
Dünən, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
Dünən, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
Dünən, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO
-
26-10-2024, 17:15
Masazırda zibilliklərin üstündə tikilən evlər - Abşeron RİH maklerlə necə “anlaşıb“?
-
25-10-2024, 10:08
QARABAĞ QAZİSİ DƏRMANLARINI ALA BİLMİR... - “Atamı qanunsuz olaraq işdən çıxardılar..." / FOTO
-
25-10-2024, 10:06
"Araz Supermarket"in İdarə Heyətinin sədri məhkəmə qarşısında: Əmək qanunvericiliyi pozulub - FOTO
-
21-10-2024, 20:41
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
-
21-10-2024, 20:12
“İnvestAZ”: Dələduzluğun bir növü, YOXSA?.. - GÜVƏNMƏK OLMAZ!!!
-
21-10-2024, 20:10
Maksim Cavadovun rəhbərlik etdiyi zavod barəsində protokol tərtib edildi – Ölkədən vəsait çıxarılıb
-
21-10-2024, 20:09
"Respublikanski"də doğuşdan sonra komaya salınan ana - Bir qazinin məhv edilən ailəsi
-
21-10-2024, 20:08
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
-
21-10-2024, 20:07
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
19-10-2024, 09:17
QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR – “Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram” / Video
-
19-10-2024, 09:14
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
18-10-2024, 09:29
Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
-
17-10-2024, 14:36
Ağdam İH bir şirkətə iki tender verdi — 400 minlik
-
17-10-2024, 14:29
Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq
-
16-10-2024, 22:07
AQTA Rusiyaya meyvə aparanlara “hücuma keçib”: Yüzlərlə maşın Kürdəmirdə saxlanılır
-
16-10-2024, 22:06
Xəzər rayonunda nə baş verir? – Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar
-
16-10-2024, 22:05
Neft borusu üstündə bazar: Vətəndaşlar narahatdır, SOCAR isə yox
-
16-10-2024, 22:04
Əmrullayev Azərbaycan təhsilinin ANASINI NECƏ AĞLAR GÜNƏ QOYDU...
-
16-10-2024, 22:03
TƏBİB deputatın oğluna məxsus obyekti 1,17 milyon manata icarəyə götürdü - Başqa nə cür olmalı idi ki...
-
16-10-2024, 22:02
AQTA Mərkəzi Aran Regional bölməsi narazılıq yaradır - NARAZILIQ
-
16-10-2024, 22:01
İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir
-
16-10-2024, 22:00
Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ – Asəf Quliyev necə idarə rəisi oldu?
-
16-10-2024, 21:59
DSX-dakı maliyyə maxinasiyaları haqda növbəti faktlar – “YANACAQ XƏRCİ”, “ÖLÜM FONDU” ADI ALTINDA MƏNİMSƏNİLƏN VƏSAİTLƏR…
-
16-10-2024, 21:58
Kəmaləddin Qafarovun biznes imperiyası: Deputatın hansı şirkətləri var?