Tanınmış həkimdən AZAL-a test ittihamı: "Növbəti pul maşını"


Tanınmış həkimdən AZAL-a test ittihamı: "Növbəti pul maşını"

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısını təqdim edib.
- İnci laboratoriyası
- Referans klinikası
- Memorial Klinikası

Bu nə absurddur?"
Cebhe.info xəbər verir ki, bu sözləri həkim-radiloq Aydın Əliyev deyib. O, AZAL-ın yalnız 3 klinikanın test nəticəsini qəbul etməsini qınayıb:

"AZAL yalnız bu 3 klinikanın test analizinin nəticələrini qəbul edir. Özü də bir nəfər üçün burun-udlaqdan və ağız-udlaqdan(nazofarinqs və orofarinqs) analiz 120 AZN-ə. Demək ki, bu boyda ölkədə yalnız 3 laboratoriya beynəlxalq standartlara cavab verir? Ya da ki, növbəti pul maşını!"
Tarix: 26-09-2020, 20:53
Xəbəri paylaş



Xəbər lenti