Avropa Komissiyasından avtomobil sənayesini şoka salan- Qərar


Avropa Komissiyası təzə avtomobillərin atmosferə buraxdığı karbon qazını 2030-cu ilə qədər əvvəl nəzərdə tutulan 37,5 faiz əvəzinə 50 faiz azaltmaq haqda qərar qəbul edib.
Azərtac xəbər verir ki, bu hədəfə nail olmaq üçün bütövlükdə istehsalın strukturunun əhəmiyyətli dərəcədə dəyişdirilməsi lazım gələcək.
Aparıcı avtomobil istehsalçıları bu qərara görə şoka düşüblər, lakin Avropa İttifaqında ekoloji hərəkatın fəalları karbon qazı tullantılarının məhz 50 faiz azaldılmasını israrla tələb edirlər.
Avropa Komissiyası bu ambisiyalı planın təfsilatı barədə gələn həftə ictimaiyyətə, ilk növbədə, avtomobil sənayesinə məlumat verməlidir. Komissiyanın dərc olunmuş sənədində bildirilir ki, bu qərarın məqsədi həllinə artıq bu gün başlamaq mümkün olan problemləri Avropa sakinlərinin gələcək nəsillərinə miras qoymamaqdır.
Tarix: 13-09-2020, 12:33
Xəbəri paylaş



Xəbər lenti