Prezident deyir liberallaşma lazımdır . ardıca Gömrük qaydalarında anti-liberal və məntiqsiz dəyişiklik edilir...



Prezident deyir liberallaşma lazımdır . ardıca Gömrük qaydalarında anti-liberal və məntiqsiz dəyişiklik edilir...
Diqqətli oxucularımız bilir ki, hələ keçən ilin sonundan başlayaraq bir çox ictimai çıxışlarımızda deyirdik ki, son 16 ildə (2019-cu ildə deyirdik) hakimiyyət nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə, görüşlərdə bəzən gizli, bəzən də açıq şəkildə ölkədə pis nə baş verirsə bunun arxasında “köhnə komanda” olduğunu, bəzi məsələləri, əsas da Qərblə münasibətləri sabotaj edən, siyasi həbslərə əsas rol oynayan güclü bir iqtidardaxili qrupun olduğunu söyləyirdilər.
Teref.az xəbər verir ki, bu politoloq Natiq Cəfərlinin fikirləridir. Dha sonra Natiq Cəfərli yazır:
Bu ritorikanın yarımçıq da olsa həqiqət payı olduğu son 1 ildə göründü, amma artıq hakimiyyətin əlindən bu arqumentdə tam çıxdı – indi nə baş verirsə artıq Prezidentin və onun “yeni komandasının” məsuliyyəti çərçivəsində baş verir, artıq hadisələri kiminsə üzərinə atmaq mümkün deyil. Çünki, əgər o “kohnə komandanın” rıçaqları hələ də qalırsa, bəs bu “yenilər” hara baxır, yox, rıçaqlar ləğv edilibsə son baş verən hadisələrin adı nədir?!
Prezident çıxır ilk dəfə deyir ki, dövlət iqtisadiyyat modeli effektiv deyil, liberallaşma olmalıdır – ardınca Gömrük qaydalarında anti-liberal və məntiqsiz dəyişiklik edilir, sonra da BNA rəsmisi taksi xidmətinə dövlət nazarətinin gücləndirilməsi təklifi ilə yenə liberal yanaşmanı baltalayır – bu nədir bəs?! Belə vəziyyəti necə açıqlayacaqlar?!
Və ya, Qarabağ məsələsinin ciddiliyinə, həll edilməsinə xalqı necə inandıracaqlar ki, Qarabağ qazisi Tofiq bəy absurd ittihamlarla, “ağ sapla” tikilmiş məntiqsiz cinayət işi ilə 4 il 3 ay həbsə göndərilir?! Tofiq bəyin nə dediyini, necə dediyini qoyun kənara, bəs insana fikrinə görə, sözlərinə görə həbs etməyin adı nədir?!
Məmləkətin acil sağlam təməllər üzərinə oturmasına ehtiyac var, siyasi səhnədə baş verən oyunların bitməsi vacibdir, açıq siyasi müstəvidə, ideyaların, proqramların, təkliflərin, platformaların “savaşı” baş tutsa, bu gün siyasi səhnədə oyunçu olan, və ya oyun çıxardanların böyük əksəriyyəti belə sağlam mühitdə marqinallaşıb itib-batacaqlar, öz aktuallığını itirəcəklər.
Siyasilərlə mübarizə ancaq siyasi səhnədə, siyasi üsullarla olmalıdır - hakimiyyət bunu bacarırsa hodri meydan, gəlin siyasi mücadilə aparaq....
Natiq Cəfərli
Tarix: 4-09-2020, 20:58
Xəbəri paylaş



Xəbər lenti