Nazirlik 427 milyonu hara xərcləyib? - Açıqlama

Bu il dövlət büdcəsindən ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə ayrılan vəsait 427 milyon 650 min manat olub. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsini Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat (ATT) ASC həyata keçirməlidir. Hazırda pandemiya zamanı heç bir iş görməyən şirkətlər (özlərinə aid) isə tenderlərin qalibi olurlar.

Axar.az xəbər verir ki, bu iddia sosial şəbəkələrdə səsləndirilib. Bildirilib ki, qurumun əsas iş mexanizmi uşaq bağçalarına, xəstəxanalara, hərbi hissələrə ərzaq paylamaq olsa da, ASC keyfiyyətsiz malları baha qiymətə uşaqlara, əsgərlərə, pasiyentlərə paylayır və əvəzində o vəsaitlərin bir hissəsini mənimsəyir.
Jurnalistin iddiaları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən saytımıza bildirilib ki, nazirliyin könüllüləri artıq bu iddialara reaksiya veriblər və nazirlik bununla bağlı ayrıca açıqlamaya ehtiyac görmür.
Nazirliyin könüllüləri isə qeyd ediblər ki, 427 milyon manatın fermerlərə subsidiya üçün ayrılan məbləğdir və bu prosesi Aqrar Tədarük və Təchizat deyil, Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.
Tarix: 28-08-2020, 16:03
Xəbəri paylaş



Xəbər lenti