"Azərbaycan Dəmir Yolları"nın BORCU VARMI? - QALMAQAL

"Azərbaycan Dəmir Yollları" QSC mətbuatda Çexiya şirkətinə 650 min dollar borclu olması barədə yayılan məlumatlara münasibət bildirib.
QSC-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” üzərinə imzalanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC–yə biznes proseslərinin avtomatlaşdırılması xidmətlərinin göstərilməsi, biznes proseslərinin avtomatlaşdırılmasını tətbiq etmək üçün yaradılmış proqram təminatının tətbiq edilməsi və peşəkar təchizatçıdan əldə olunmuş proqram təminatı üzrə 1C biznes lisenziyanın əldə olunmasının təmin edilməsinə dair öhdəliklər götürüb: "Müqaviləyə əsasən, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” proqram təminatının orijinal və istənilən qüsurlardan azad olması barədə zəmanət verib və hər hansı 3-cü şəxsin patent, müəlliflik hüquqları, ticarət sirri və digər əmlak hüquqlarının pozulmamasını qeyd edilib. Bildirilməlidir ki, müqavilə üzrə proqram təminatının təchizatı tamamlanmayıb və görülmüş işlərdə tərəfimizdən ciddi qüsurlar aşkarlanıb. Habelə “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group”un ümumiyyətlə qeyd olunan proqram təminatının təchizatçısı kimi çıxış etmək səlahiyyətinin olmaması müəyyənləşib. Bu hal müstəqil mütəxəssislərin verdiyi rəylə də təsdiqlənib".
QSC-dən bildirilib ki, “Azərbaycan Dəmir Yolları” proqram təminatı üzrə lisenziyaya görə ödənişi tam şəkildə etsə də, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” müqavilənin əsas şərtlərini pozub, qeyd edilən lisenziya bu günədək təqdim olunmayıb: "Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpası istiqamətində hazırda tədbirlər görülməkdədir. Məhkəmə prosesinin uzadılması məsələsinə gəldikdə isə bildirilməlidir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Ali Məhkəməsinin tövsiyəsinə əsasən, müvafiq məhkəmədə baxış iclası keçirilməyib. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə pozulmuş hüquqlarının bərpası baxımından prosesin uzadılmasında maraqlı olması məntiqsizdir.
Mətbuatda yer almış həqiqətə uyğun olmayan məqalə “Azərbaycan Dəmir Yolları” QSC-nin və məhkəmələrin fəaliyyətinə kölgə salmaqla yanaşı, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group”u tərəfindən təzyiq göstərmək məqsədi daşıyır.
Mətbuat nümayəndələrinin gələcəkdə bu cür məqalələrin dərc edilməsindən öncə qarşı tərəfin mövqeyinin öyrənilməsi və obyektiv münasibətin bildirilməsi arzuolunandır".
Tarix: 24-08-2020, 22:13
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...