300 min avro cərimə? - "Meydan" TV-dən AÇIQLAMA


300 min avro cərimə? - "Meydan" TV-dən AÇIQLAMA
“Meydan” TV internet media kanalında maliyyə yoxlamalarına start verilməsi ilə bağlı məlumat yayılıb.

Yayılan məlumata görə, Berlində maliyyə polisi “Meydan” TV-nin yerləşdiyi ofisdə yoxlanış aparıb. Məlumatda bildirilir ki, Berlin polisi media kanalında çoxsaylı maliyyə pozuntuları aşkarlayıb və TV-ni 300 min avro məbləğində cərimələyib. Məsələ ilə bağlı "Meydan" TV-i ilə əlaqə saxladıq.

"Meydan" TV-dən Cebhe.info-ya verilən məlumata görə, yayılan məlumatlaq həqiqəti əks etdirmir.

"Meydan" TV olaraq bildiririk ki, sfera.az saytında gedən məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır. "Meydan" TV-nin Berlin ofisi artıq neçə aydır ki, pandemiya ilə əlaqədar ümumiyyətlə fəaliyyət göstərmir. Hazırda işçilər evdən işləyirlər, "home office" sistemi ilə. Ümumiyyətlə, vergi ilə əlaqədar problemlərdə Almaniyada polis harasa basqın etmir, bura üçüncü dünya ölkəsi deyil, hər qurumun özünün səlahiyyətində olan işlər var.

Gömrük xidməti var, onların nəzarətindədir. ""Meydan" TV isə Almaniyanın istənilən rəsmi qurumu ilə şəffaf işləyir və fəaliyyətimiz davam edir. Bizə heç bir cərimə tətbiq edilməyib. İşçi heyəti ilə problemlərimiz yoxdur. Mütəmadi olaraq kimlərsə yeni işə təyin olunur, kimlərsə ayrılır, bu da normal prosedurdur. Borca görə heç bir işçi işindən ayrılmayıb, çünki borcumuz yoxdur".
Tarix: 24-08-2020, 16:27
Xəbəri paylaş



Xəbər lenti