İkinci özəlləşmə dalğası: İşsizlik və ucuzlaşma yaradacaq? - TƏHLİL
Mütəxəssislər ölkə iqtisadiyyatının dirçəlməsi üçün son illərdə tez- tez dövlət şirkətlərinin özəlləşdirilməsi təklifini irəli sürürlər.
Onların fikrincə, bu şirkətlərdəki arxayınlıq və bu səbəbdən formalaşan yüklü borclanma sonunda dövlətin çiyinlərində ağır yükə çevrilir.İqtisadçılar hesab edir ki, həmin dövlət şirkətləri özəlləşərsə, şirkət sahibi kommersiya maraqlarını ciddi şəkildə qorumalı olacaq.
Yəni dövlət şirkətlərinin rəhbərləri kimi onlar da “nə də olsa, yaranan borc dövlət büdcəsindən ödəniləcək” fikri ilə işləməyəcəklər.Nəticədə həm cəmiyyət, həm də dövlət bu şirkətlərdən xeyir görəcək.
Dövlət şirkətlərinin özəlləşdirilməsi hansı problemləri doğura bilər?Bu problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, dövlət üçün əhəmiyyətli sahələri saxlanmaqla büdcədən maliyyələşən az əhəmiyyətli sahələri özəlləşdirməyə çıxarmaq olar:
“Azərbaycanda şirkətlərdə, nazirliklərdə müəyyən sahələr var ki, özəlləşdirilməlidir. Bu təşkilatların niyə dövlətdən vəsait alması, dövlətin nəzarətində olmasına aydınlıq gətirilməlidir”.
Vahid Əhmədov qeyd edib ki, strateji sahələrin özəlləşdirilməsinə getmək olmaz: “Elə sahələr var ki, dövlətin nəzarətində olmalıdır. Məsələn, dəmiryolunu bu strateji sahələrə aid etmək olar.Ona görə də, bu sahədə özəlləşdirilmə məsələsinə ehtiyatla yanaşmaq lazımdır”.
Millət vəkili bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsi çoxdan müzakirə mövzusudur: “Büdcədən hansısa şirkətə kifayət qədər vəsait ayrılır, ona zəmanətlə kreditlər verilir, amma bu vəsaitin effektivliyi olmur. Bu şirkətlərin özəlləşdirilməsi hazırda daha məqsədəuyğundur.Belə ki, bu zaman şirkətlər özləri kreditlər götürə, buna görə öhdəlik daşıya və dövlət büdcəsindən asılı olmaya bilər”.
Vahid Əhmədov özəlləşmənin özü ilə gətirəcəyi mənfi tendensiyalardan biri kimi işçilərin kütləvi ixtisarı məsələsinə də toxunub. O, bildirib ki, istənilən özəlləşmə prosesində ixtisarlara gedilir, lakin bu halların maksimum az olmasına diqqət yetirilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən, müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinin strukturunun və ştat cədvəlinin dəyişdirilməsi, işçilərin ixtisarı qadağandır:
“Müəyyən müddətdə, yəni 3-5 il ərzində özəlləşən müəssisələr profilinə uyğun olaraq fəaliyyətini davam etdirməli və işçilərini saxlamalıdır. Bizdə təəssüf ki, buna əməl etmirlər”.
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”ə açıqlamasında dövlət şirkətlərinin özəlləşdirilməsi üçün bir sıra islahatların zəruri olduğunu deyib:
“Dövlət şirkətlərinin özəlləşdirilməsi onların formalarından da asılıdır. Yəni dövlət şirkətlərinin özəlləşdirilməsi o demək deyil ki, onların hamısı özəlləşdirilməyə açılmalıdır. Bunun öz formaları var. Özəlləşdirmədə daha az problemlə qarşılaşmaq üçün həmin formalardan doğru olanı seçmək əsasdır. Dövlət səmimi şəkildə iqtisadiyyatın dövlətsizləşdirilməsi siyasətinə keçirsə, ilkin olaraq özəlləşdirmə işinə paylayıcı şirkətlərdən başlayacaq. Çünki istehsalçı şirkətlərin və xidmət sektorunda olan müəssisələrin həmən özəlləşdirməyə çıxarılması bir az qəliz görünür. Ona görə qəliz görünür ki, bunun üçün hüquqi baza yaradılmalıdır.Güvən təsis edilməlidir.Daxili investorların bu işə çox maraq göstərəcəyini düşünmürəm.Onlar onsuz da zəifdir, yaxud qeyri-leqaldır. Əsas xarici investorlardır ki, onlar üçün daha güvənli bir şəraitin yaradılmasına və ölkədə bir çox hüquqi məsələlərin həll olunmasına ehtiyac var. Ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, Avropa İttifaqı ilə saziş imzalamalıdır, hüquq islahatları aparılmalı, məhkəmə azadlığı təmin edilməlidir. Xüsusən dövlət şirkətlərində şişirdilmiş idarəetmə aparatını və işçi heyətini götürsək, müəyyən ixtisarlar qaçılmazdır.Çünki effektivliyin artırılması üçün işçi sayının optimallaşdırılmasına da ehtiyac yaranacaq. Hər hansı bir dövlət aktivləri özəl şirkətə dövr ediləcəksə, orda optimallaşdırmanın yollarından biri kimi ixtisarlar da ola bilər. Bu özəl sektorun da günahı deyil.Çünki uzun illərdir dövlət şirkətləri şişirdilmiş ştatla çalışır.Sadə dildə desək, işçilər işə qohumluq prinsipi əsasında götürülür”.
Ekspert yarana biləcək problemlərin həlli yollarına da diqqət çəkib:
“Burdan ixtisar olunanların işsiz kimi qeydiyyata düşməməsi üçün dövlətin xüsusi proqramlar qəbul etməsinə ehtiyac var. Bu proqramlarda ixtisas dəyişdirilməsindən tutmuş, həmin şəxsləri başqa şirkətlərin işə götürəcəyi halda, onlara vergi güzəştləri tətbiq etməklə bu məsələni tənzimləmək olar. Bundan başqa qiymət məsələsi də gündəmdədir.Paylayıcı şirkətlərin özəlləşməsi zamanı kommunal xidmətlərin qiymətinin artacağı fikri cəmiyyəti narahat edir.Burda da dövlətin atacağı addımlardan çox asılıdır.Dövlət xarici şirkətlə müqavilə bağlayarakən (çox güman ki, daxili şirkətlər buna maraq göstərməyəcək) onlarla üst qiymət razılaşması müqavilədə öz əksini tapmalıdır.Bunun qarşılığında həmin şirkətlərə müəyyən güzəştlərin nəzərədə tutulduğu müqavilədə öz əksini tapmalıdır.Çünki müəyyən vergi güzəştləri vasitəsi ilə şirkətlərin yeni qiymətlərə getməməsini danışmaq olar.Özəl sektora keçid heç də qiymətlərin avtomatik artması demək deyil.Bizdə qiymətlərə təsir edən əsas amillərdən biri qeyri-professional xərcləmələrdir, oğurluqlardır, ayrılmış vəsaitin qeyri-düzgün xərclənməsidir.Özəl sektor belə yanaşmayacaq. O biznes məntiqi ilə yanaşacaq və xərclərini optimallaşdıracaq. Çünki özəl sektorun özü-özündən oğurlamağa ehtiyac qalmayacaq.“Qiymətlər qalxacaq” xəbəri ilə qorxu atmosferi yaratmaq lazım deyil.Belə bir yanaşma düzgün deyil.Hətta qiymətlərin tarazlaşdırılması baş verəcək”.
Natiq Cəfərli yaxın gələcəkdə özəlləşdirilməsi uyğun hesab edilməyən dövlət şirkətlərindən də danışıb:
“Texniki olaraq bütün dövlət şirkətlərini özəlləşdirmək olar. Amma siyasi və geosiyasi baxımdan, eyni zamanda təhlükəsizlik baxımından yaxın illərdə enerji istehsalı sahələrinin özəlləşdirilməsi doğru olmazdı.Məsələn, SOCAR-ın neft və qazçıxarma hissəsinin özəlləşdirilməsi doğru olmazdı.Amma SOCAR-ın onlarla yan sahələri var ki, onları özəlləşdirmək olar. O cümlədən elektrik enerjisinin birdən-birə özəlləşdirilməsi normal deyil. Metro ümumiyyətlə, özəlləşdirilməməlidir və dövlətin əlində olmalıdır”.
İqtisadçı Akif Nəsirlinin fikrincə, isə həm dünyada strateji hesab olunan, həm də Azərbaycanda müəyyən bir dönəm üçün strateji sayıla bilən sahələr var:
“Məsələn, dünyada yanğınsöndürmə xidməti strateji məsələ kimi qəbul olunur. Bəzi ölkələrdə bu xidmət özəlləşdirilsə də, bu müəyyən problemlər yaradır.Burada müxtəlif standartların tətbiq edilməsi problemlərə səbəb olur.Ona görə də dünyanın əksər ölkələrində yanğınsöndürmə xidməti özəlləşdirilmir.Azərbaycan üçün də bu məqbuldur”.
Azərbaycan üçün spesifik strateji məsələlərin olduğunu deyən iqtisadçı bildirir ki, bu istiqamətdə ən önəmlisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir:
“Bu şirkətin özəlləşdirilməsi üçün müəyyən mürəkkəb mexanizmlər lazımdır. Burada məsələ ondan ibarətdir ki, xalqın həmin sərvətdən alacağı payı şirkət ədalətli bölməyə bilər və ya səhmləri başqa bir xarici şirkətə sata bilər.Bu kimi risklər nəzərdə tutulur.Hesab edirəm ki, indiki dönəmdə ARDNŞ-in özəlləşdirilməsini təxirə salmaq olar.“Metropoliten” QSC-nin özəlləşdirilməsinə gəldikdə isə, bu rentabelli sahə deyil və sahəyə maraq da azdır.Bu şirkətə hökumət yenə də dotasiya verməli olacaq. Həmçinin metropolitenin özəlləşdirilməsi xidmət haqlarının aşırı qalxmasına səbəb ola bilər.
Akif Nəsirli hesab edir ki, qeyd olunan sahələrdən başqa digər bütün xidmət sahələri özəlləşdirilməlidir:
“Su, qaz, elektrikin verilməsi kimi kommunal xidmətlər, aviasiya, dəmiryolu xidmətlərinin hamısı özəlləşdirilməlidir. Onları strateji obyekt adı altında gizlədib, büdcənin talan edilməsinə son qoymaq lazımdır.Bu şirkətlər özəlləşdirilərsə, həm dövlət büdcəsi ciddi yükdən azad olar, həm də büdcənin maliyyələşmə mənbələri genişlənər.Bu da ölkədə iqtisadiyyatın neftdən asılılığının azaldılmasına öz töhfəsini verə bilər.Buna görə də nəzəri baxımdan bu şirkətlərin özəlləşdirilməsi məqbuldur.Dünyada belə qəbul olunur ki, “dövlət ən pis sahibkardır”.
Ekspert hesab edir ki, müəssisə və xidmətləri strateji və qeyri-strateji müəssisələrə ayırmaq lazımdır, amma mümkün qədər daha çox sahəni özəlləşdirmək lazımdır ki, dövlət büdcəsinin xərclənməsinin səmərələşdirməsi yüksəlsin:
“Dövlətin nəzarətində olan pay inkişaf etmir. Ona görə də hesab edirəm, təcili olaraq dövlət müəssisələri özəlləşdirməyə çıxarılmalıdır.Həm də, məsələn “Azərsu” bir şirkətə satılmamalıdır, dövlət şirkəti bir neçə şirkət arasında bölünməli, satılmalıdır ki, bu sahədə rəqabət yaransın.Bir məhəllədən bir neçə şirkətin su borusu keçsin ki, bir şirkət xidmətin keyfiyyətini aşağı salan zaman vətəndaşların ondan imtina edib, digərinə keçmək imkanları olsun ki, rəqabət yaransın.Digər xidmətlərdə də bu tətbiq edilə bilər.Məsələn, məişət tullantılarının daşınması xidməti.Doğrudur, bu sahədə bir sıra özəl şirkətlər fəaliyyət göstərir, amma dövlət şirkəti “hegomon” mövqedədir.Özəlləşdirməyə gedilərkən rəqabət mühitinin nəzərə alınması mütləq gözlənilməlidir”.
Özəlləşdirməyə gedilən zaman ixtisarların qarşısının alınması məsələsinə gəldikdə isə, iqtisadçı bildirir ki, əksər sahələrdə işçi sayı lazım olduğundan daha çoxdur:
“Məsələn, “Azərsu”, ARDNŞ, “Azərişıq”, AZAL-da, “Azərbaycan Dəmir Yolları”nda o qədər lazımsız işçilər var ki, işsizliyin artmaması xatirinə onların həmin müəssisələrdə saxlanmasının özü cinayət, iqtisadi mötəkirlikdir. Bununla işsizliyin aradan qaldırılması səmərəsizdir.Həm də bunun nəticəsidir ki, həmin şirkətlər dövlət büdcəsinə ödədiklərindən daha çox alırlar, yəni onların balansı mənfidir.Bununla biz dövlət büdcəsinin bölüşdürülməsində ədalətsizliyə yol veririk.Bir qrup adamı bu cür gəlirlə təmin etdik, bəs Azərbaycan vətəndaşlarının digərləri necə olsun?İşsizlik probleminin həlli artıq başqa məsələdir.İşsizlik problemini həll etmək üçün makroiqtisadi islahatlara gedilməlidir.Əvvəla ölkədə investisiya mühiti yaxşılaşdırılmalı, rəqabət mühiti formalaşmalı, monopoliya, korrupsiya, rüşvət aradan qalxmalı, investisiya qoyuluşlarına zəmanət verilməlidir, məhkəmələr müstəqilləşməlidir.Azərbaycanın təbii investisiya mühiti kifayət qədər cəlbedicidir.Amma iqtisadi-siyasi baxımdan mühiti yaxşılaşdırmaq lazımdır ki, xaricdən gəlib investisiya qoysunlar, müəssisələr açsınlar ki, ixtisara düşən işçilər orda işləsinlər.İşçi o zaman işə qəbul olunmalıdır ki, müəssisənin ona ehtiyacı olsun.Biz mühəfizəkar formada yanaşmamalıyıq ki, “Azərsu” ASC-ni özəlləşdiririksə, onun 50 faiz “ölü canlar” olan işçisi işsiz qalacaq.Bunun qayğısına başqa formada qalınmalıdır ki, vətəndaşlar həm özləri üçün işləsinlər, həm də Azərbaycan iqtisadiyyatına səmərə versinlər”.
Tarix: 21-08-2020, 08:36
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO
-
26-10-2024, 17:15
Masazırda zibilliklərin üstündə tikilən evlər - Abşeron RİH maklerlə necə “anlaşıb“?
-
25-10-2024, 10:08
QARABAĞ QAZİSİ DƏRMANLARINI ALA BİLMİR... - “Atamı qanunsuz olaraq işdən çıxardılar..." / FOTO
-
25-10-2024, 10:06
"Araz Supermarket"in İdarə Heyətinin sədri məhkəmə qarşısında: Əmək qanunvericiliyi pozulub - FOTO
-
21-10-2024, 20:41
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
-
21-10-2024, 20:12
“İnvestAZ”: Dələduzluğun bir növü, YOXSA?.. - GÜVƏNMƏK OLMAZ!!!
-
21-10-2024, 20:10
Maksim Cavadovun rəhbərlik etdiyi zavod barəsində protokol tərtib edildi – Ölkədən vəsait çıxarılıb
-
21-10-2024, 20:09
"Respublikanski"də doğuşdan sonra komaya salınan ana - Bir qazinin məhv edilən ailəsi
-
21-10-2024, 20:08
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
-
21-10-2024, 20:07
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
19-10-2024, 09:17
QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR – “Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram” / Video
-
19-10-2024, 09:14
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
18-10-2024, 09:29
Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
-
17-10-2024, 14:36
Ağdam İH bir şirkətə iki tender verdi — 400 minlik
-
17-10-2024, 14:29
Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq
-
16-10-2024, 22:07
AQTA Rusiyaya meyvə aparanlara “hücuma keçib”: Yüzlərlə maşın Kürdəmirdə saxlanılır
-
16-10-2024, 22:06
Xəzər rayonunda nə baş verir? – Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar
-
16-10-2024, 22:05
Neft borusu üstündə bazar: Vətəndaşlar narahatdır, SOCAR isə yox
-
16-10-2024, 22:04
Əmrullayev Azərbaycan təhsilinin ANASINI NECƏ AĞLAR GÜNƏ QOYDU...
-
16-10-2024, 22:03
TƏBİB deputatın oğluna məxsus obyekti 1,17 milyon manata icarəyə götürdü - Başqa nə cür olmalı idi ki...
-
16-10-2024, 22:02
AQTA Mərkəzi Aran Regional bölməsi narazılıq yaradır - NARAZILIQ
-
16-10-2024, 22:01
İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir
-
16-10-2024, 22:00
Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ – Asəf Quliyev necə idarə rəisi oldu?
-
16-10-2024, 21:59
DSX-dakı maliyyə maxinasiyaları haqda növbəti faktlar – “YANACAQ XƏRCİ”, “ÖLÜM FONDU” ADI ALTINDA MƏNİMSƏNİLƏN VƏSAİTLƏR…
-
16-10-2024, 21:58
Kəmaləddin Qafarovun biznes imperiyası: Deputatın hansı şirkətləri var?
-
16-10-2024, 21:58
“Rahat“ market saxlama müddəti ötmüş məhsullar satıb - Protokola Xankəndi məhkəməsində baxılacaq
-
15-10-2024, 22:46
“ŞaurmaN1” qalmaqalının gerçəkləri: ölkə rəhbərliyindən ədalət istənilir
-
15-10-2024, 22:37
Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır – Son qiymətlər