“Aztelekom”dan 10 manatlıq şirkətə yarım milyonluq sifariş


“Aztelekom” MMC “Maybo” şirkəti ilə maliyyə dəyəri 531 000 AZN olan müqavilə imzalayıb. 
Yenisabah.az xəbər verir ki, şirkət bu məbləğə “Aztelekom”u 5000 ədəd 6,5 metr hündürlüklü, kreozot məhlulu hopdurulmuş ağac dirəkləri ilə təmin etməlidir. 
Bir ay əvvəl də qurum “Maybo” ilə müqavilə imzalayıb. Həmin müqavilə əməyin təhlükəsizliyi məqsədilə montyor caynaq dəstlərinin satınalınması barədədir. Bu müqavilənin maliyyə dəyəri 124 608 AZN olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Maybo” 5 oktyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, Çexov küçəsi, ev 24, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qurbanəliyev Midhət Çingiz oğludur. 
Açıq mənbələrdə Midhət Qurbanəliyev barədə hər hansı məlumat yoxdur. Onun qanuni təmsilçisi olduğu şirkətin isə adı “Aztelekom”la bərabər çəkilir. Məlumat üçün bildirək ki, “Maybo” MMC telekommunikasiya şirkətidir.
Tarix: 19-08-2020, 16:43
Xəbəri paylaş



Xəbər lenti