Plana düşən, 65 ildir istismar olunan binanın damını yeniləmək hansı anlama gəlir: pul yeyintisi, yoxsa hökumətin vətəndaşın ....

    


Plana düşən, 65 ildir istismar olunan binanın damını yeniləmək hansı anlama gəlir: pul yeyintisi, yoxsa hökumətin vətəndaşın ....
Yerli demokratiyanın olmadığı ölkələrdə vətəndaşların yaşayış hüququ daim təhdid altındadır. Azərbaycanda bələdiyyələr qanuna görə ərazidə məskunmaşmış sakinlərin yerli önünüidarətmə təsisatıdır.
Mahiyyətcə isə yerli icra orqanının əlavəsidir, appendisitdir. Nümunə: Sumqayıt şəhərinin Baş Planı təsdiq olunub. Baş Plana əsasən, yaşağım məhəllə hündürmərtəbələ binaların tikiləcəyi ərazilərdəndir. Nəvaxtsa, hansısa şirkət gəlib sakinlərlə razılaşsa, onları köçürüb ikimərtəbəli çoxmənzilli binaların yerində çoxmərtəbəli evlər tikiləcək. Sözüm nəyədir?
Teref.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Hafiz Babalı öz məqaləsində yazıb. Hafiz babalı sonra yazır:
Bu gün eşitdim ki, məhəlləmizdəki ikimərtəbəli evlərin dam örtüyünü dəyişirlər. Bunun nə demək olduğunu anlamaqda çətinlik çəkirəm.
Teref.az yazır ki, Hafiz Babalının fikrincə, yaxın illərdə bu binalar söküləcəksə, 65 ildir istismar olunan binanın damını yeniləmək hansı anlama gəlir: pul yeyintisi, yoxsa hökumətin vətəndaşın layiqli yaşayış hüququnu təmin etməsi. Düzü mən təcrübələrə əsaslanıb birinciyə daha çox inanıram.
P.S. Dünən bələdiyyə nümayəndəsi qapıya gəlib əmlak vergisinin ödənilməsi üçün bildiriş təqdim etdi. İmtina etdim. Sumqayıt Bələdiyyəsinin 20 il ərzində yaşadığım məhəllədə, həyətdə hansı işlər gördüyünü soruşdum. Cavabı sadə idi: "Bu ərazi plandadır". Mənim də planımda saxta solla "seçilmiş" bələdiyyəni yemləmək yoxdur.
P.P.S. Yerli demokratiya olmuş olsaydı, bələdiyyə, Məhəlli Komitəsi üzvləri sakinlərlə görüşər, problem və çətinikləri dinləyər, perspektiv planları sakinlərə təqdim edərdi. İndiki halda "plana düşən" ərazilərin sakinləri bombanın harada və nə vaxt partlayacağını bilmirlər.
P.P.P.S. Yeni Baş Plandan belə anlaşılır ki, Sumqayıtda ərazilərin bölgü sxemi dəyişdirilib. Məsələn 16-cə məhəllə indi 95-ci məhəllə sayılır.
Hafiz Babalı
Teref.az





Tarix: 16-08-2020, 08:33
Xəbəri paylaş



Xəbər lenti