Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərin maaş verilmir - ŞİKAYƏT


bitmap-img6

Avtovağzal rəhbərliyi işçilərə maaşlarının verilməməsinin əsas günahkarın "PASHA Holding" olduğunu deyir

Bakı Beynəlxalq Avtovağzalının 400-dən çox işçisinin 5 aydır əmək haqqı ala bilmir. 

Bu barədə AzFakt.com-a Avtovağzalın əməkdaşları məlumat verib.

Şikayətdə qeyd edilir ki, dəfələrlə Bakı Beynəlxalq Avtovağzalı rəhbərliyinə əmək haqqlarının verilməsi üçün müraciətlər edilsə də, rəhbərlik gözləməyi, dözümlü olmağı məsləhət görüb. 5 aydır maaş üzünə həsrət qalan işçilərin sözlərinə görə, Avtovağzal rəhbərliyində təmsil olunan Cümşüd Bağırov açıq-aşkar deyir ki, günhakar "PASHA Holding"dir. Yəni Avtovağzal "PASHA Holding"ə tabe olduğu üçün maaşı da onlar ödəməlidir, amma ödəmirlər. 

İşçilər iddia edir ki, Cümşüd Bağırov onları qəsdən "PASHA Holding"ə yönlətməklə məsuliyyətdən yayınmaq istəyir. Məlumatda qeyd edilir ki, işçilər maaşların ala bilmədikləri üçün yaxın günlərdə Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyinə qarşı etiraz aksiyası keçirəcək. 

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Tarix: 6-08-2020, 14:26
Xəbəri paylaş



Xəbər lenti