Azərbaycanda biznes ağır durumda: qərar gecikdirilir... (EKSPERT)


bitmap-img6

"Aprel-may aylarında 307 min iş adamına yardım edilmişdi. İyun-iyul aylarında isə bu yardımın verilməsi dayandırılıb".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli karantin rejimində fəaliyyəti məhdudlaşdırılan və karantin elan olunmayan bölgələrdə yaşayan sahibkarlara dövlət dəstəyinin verilməməsindən danışarkən deyib. Onun sözlərinə görə, verilən qərar təkcə karantin elan olunan bölgələrə deyil, bütün sahibkarlara şamil olunmalıdır:

"Çünki tək karantin olunmayan sahələrdə də həm dövriyyənin, həm gəlirliyin ciddi şəkildə azalması müşahidə olunur. Rayonlararsı, şəhərlərarası gediş-gəliş kifayət qədər  məhduddursa, orda da ticarət dövriyyəsi aşağı düşüb. Ona görə də hökümətin ilkin aldığı qərar daha doğru idi. Yəni, aprel-may aylarına alınan qərar bütün sahələrdə iyun-iyul aylarına da şamil olunmalı idi. Təəssüf ki, bununla bağlı qərar verilmədi. Aprel-may aylarında 307 min iş adamına yardım olunmuşdu. İyun və iyul aylarında bu yardım dayandırılıb. Bu, doğru yanaşma deyil".

Natiq Cəfərli qeyd edib ki, bu kifayət qədər həm sosial, həm iqtisadi problemlərin dərinləşməsinə səbəb olur:

"Ona görə də hökümətin aprel-may aylarında qəbul etdiyi qərar yetərli olmasa da, amma daha çox iş adamını əhatə edildiyini nəzərə alaraq iyun-iyul aylarına da şamil edilməsi labüd idi. Təəssüf ki, bu qərar hələ verilməyib, gecikdirilir. Artıq iyun-iyul aylarına ölkə üzrə iş olmayıb, bir çox sahələr rəsmən qapadılıb. Ona görə də həm əhalinin, həm də biznesin vəziyyəti getdikcə ağırlaşır. Önləyici tədbirlər alınsaydı, daha yaxşı olardı və problemərin dərinləşməsinə ehtiyac qalmazdı. İndi isə problemlər daha da dərinləşir".
Tarix: 6-07-2020, 23:04
Xəbəri paylaş



Xəbər lenti